Bryansk Vilayət Dumasının Vahid Rusiya Partiyasından olan deputatı Mixail İvanov boşanmaya görə vətəndaşların 40 min rubl (837 manat) məbləğində cərimə edilməsi təklifini irəli sürüb.O, bu təşəbbüsü Ümumdünya Rus Xalq Şurasının iclasında təqdim edib.
O, həmçinin nikaha daxil olan vətəndaşlara 20.000 rubl ödəməyi təklif edib və boşanma cəriməsinin büdcənin məhdud olduğu bir şəraitdə "balanslaşdırıcı amil" kimi xidmət edə biləcəyini qeyd edib.
Qeyd edək ki, ailə siyasəti mövzusu Rusiya federal parlamentində də aktiv şəkildə müzakirə olunur.
Tehsil-press.az













