Elm və təhsil naziri müavinlərinin TƏHSİL YOLU

Elm və təhsil naziri müavinlərinin TƏHSİL YOLU Elm və Təhsil Nazirliyinin müavinləri ölkənin elmi-təhsil siyasətinin formalaşdırılmasında əsas rol oynayan şəxslərdir. Onların peşəkar təhsili, elmi bilikləri və idarəçilik təcrübəsi nazirliyin qarşısında duran strateji hədəflərin həyata keçirilməsinə birbaşa təsir edir.

Bu yazıda müavinlərin təhsili və professional hazırlığı haqqında ümumi mənzərəni təqdim edəcək:

Elm və təhsil naziri müavinlərinin TƏHSİL YOLU


Qurbanov Firudin İsa oğlu 1974-cü ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun İqtisadiyyat və planlaşdırma fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1975-1982-ci illərdə Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda iqtisadçı, kiçik və baş elmi işçi vəzifələrində işləyib. 1982-1989-cu illərdə Moskva Kooperativ İnstitutunun Bakı filialında assistent, baş müəllim, dosent və dekan vəzifələrində, 1989-1994-cü illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Dövlət İnspeksiyasında inspektor, aparıcı inspektor, baş inspektor, şöbə rəisi vəzifələrində, 1994-cü ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Elm və tədris müəssisələri şöbəsinin müdiri, 2001-ci ildən Gənclər, İdman və Turizm Nazirliyinin Elm və Təhsil İdarəsinin rəisi, 2006-cı ildən Gənclər və İdman Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri vəzifəsində işləyib.

1998-ci ildə təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının nəzdində işçi qrupunun üzvü, 2002-2005-ci illərdə turizmin inkişafı üzrə Dövlət Proqramı, eləcə də 2003-2005-ci illərdə yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramının hazırlanmasında gənclər, idman, turizm və mədəniyyət sektorları üzrə işçi qruplarının sədri, BMT-nin İnkişaf Proqramı, Azərbaycan Respublikasında yoxsulluğun azaldılması məqsədilə daxili turizmin səmərəli inkişafının təmin olunması üzrə “Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinə İnstitusional yardım” (2004-2005-ci illər) layihəsinin milli direktoru olub. 2007-2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri olub. Azərbaycan Respublikasının Prezidentinin 2014-cü il 18 iyul Sərəncamı ilə təhsil nazirinin müavini təyin edilib.

2001-2008-ci illərdə Milli Olimpiya Komitəsinin üzvü, 2015-ci ilin mart ayında AFFA-nın İcraiyyə Komitəsinin üzvü, may ayında isə Tələbə Futbol Federasiyasının prezidenti seçilib.
2007-ci ildə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sahəsində İşçi Qrupunun üzvü olub.

2011-ci ildə “dövlət qulluğunun baş müşaviri” ixtisas dərəcəsi verilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 25 iyun 2011-ci il tarixli müvafiq sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif edilib. 2019-cu ildə “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülüb. 2022-ci ildə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

İngiltərə, Danimarka, ABŞ, Uruqvay, İsveçrə, Hollandiya, Almaniya, Fransa, Bolqarıstan, İspaniya, Çin, Portuqaliya, Avstriya, Nepal, Türkiyə və s. ölkələrdə beynəlxalq konfrans, simpozium və seminarların iştirakçısı olmuş, aktual mövzularla çıxış etmişdir.
İqtisadiyyat üzrə fəlsəfə doktoru, dosentdir. Bir monoqrafiya və 60-dan çox elmi əsərin müəllifidir.

Rus və fransız dillərini bilir.

Elm və təhsil naziri müavinlərinin TƏHSİL YOLU


İdris Balakişi oğlu İsayev 22 oktyabr 1970-ci ildə Bakı şəhərində anadan olub. 1987–1992-ci illərdə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) maliyyə və kredit fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib. 2002-2005-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın Corciya Dövlət Universiteti ilə birgə təşkil etdiyi MBA proqramı çərçivəsində "Biznesin idarəolunması" ixtisası üzrə magistr dərəcəsi alıb.

1992–1993-cü illərdə "İnkişaf" Səhmdar Kommersiya bankında iqtisadçı-mühasib vəzifəsində işləyib. 1993–2005-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyində iqtisadçı vəzifəsindən başlamış şöbə müdirinin müavini vəzifəsinədək müxtəlif vəzifələrdə çalışıb. 24 yanvar 2005-ci il tarixində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatının Maliyyə-büdcə şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 2013-cü il 31 oktyabr tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 279 nömrəli Sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 noyabr Sərəncamı ilə təhsil nazirinin müavini təyin edilmişdir.

Rus və ingilis dillərini bilir.

Elm və təhsil naziri müavinlərinin TƏHSİL YOLU


Həsən Həsənli 1991-ci ildə Naxçıvan şəhərində anadan olub. O, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2009-2013-cü illərdə Böyük Britaniyanın Bristol və Kembric universitetlərində ictimai siyasət və siyasi elmlər ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb.

2015-2016-cı illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib.

Həsən Həsənli Elm və Təhsil Nazirliyində mütəxəssis, sektor müdiri, nazir müşaviri, Aparat rəhbərinin müavini və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb.

2021-ci ilin iyun ayından 2023-cü ilin 30 yanvar tarixinədək Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.

Azərbaycan Respublikasının Prezidentinin 2023-cü il 28 yanvar Sərəncamı ilə elm və təhsil nazirinin müavini təyin edilib.

İngilis və rus dillərini bilir.

Elm və təhsil naziri müavinlərinin TƏHSİL YOLU


Kənan Kərimzadə 1989-cu ildə Bərdə şəhərində anadan olub.

2006–2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupunda təhsil alıb, bakalavriat səviyyəsini maliyyə və kredit ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2010-cu ilin fevral – aprel aylarında ABŞ-nin Dyuk Universitetinin Beynəlxalq İnkişaf Mərkəzi tərəfindən keçirilən “İqtisadi inkişaf üçün tətbiqi dövlət maliyyəsi” kursunu bitirib. 2011–2012-ci illərdə Nyu-Yorkda yerləşən Fordham Universitetində “Beynəlxalq siyasi iqtisad və inkişaf” proqramında təhsil alıb.

2017–2019-cu illərdə ABŞ-nin CFA İnstitutunun “İnvestisiyaların idarə edilməsi” proqramını bitirib və xartiyalı maliyyə təhlilçisi (CFA Charterholder) beynəlxalq akkreditasiyasını əldə edib.

2013–2016-cı illərdə “Capital Motors” MMC-də maliyyə və təhlil üzrə mütəxəssis, 2016–2019-cu illərdə “PMD Group” MMC-də investisiyalar üzrə baş mütəxəssis, investisiyalar üzrə rəhbər, 2019–2020-ci illərdə isə Strateji planlaşdırma və təhlil şöbəsinin müdiri vəzifələrində çalışıb.

2020–2021-ci illərdə Elm və Təhsil Nazirliyində nazirin müşaviri vəzifəsində işləyib. 2021-ci ildən Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib. 2023-cü ilin fevral – may aylarında nazirliyin Aparat rəhbəri vəzifəsini icra edib.

Azərbaycan Respublikasının Prezidentinin 2023-cü il 25 dekabr Sərəncamı ilə elm və təhsil nazirinin müavini təyin edilib.

Tehsil-press.az

Oxşar xəbərlər