Belə ki, məzunlarımız Rüqayyə Xıdırova Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumtəhsil, Fuad Cəlilli və Xanım Osmanova Hüquq, Aytən Cabbarzadə Vətəndaşlara xidmət və sənədlərlə iş şöbələrində, Kəmalə Məmmədova Satınalmalar və qrantlar sektorunda, Cavidan Hacıəliyev isə Təhsil İnstitutunun Təhsil nailiyyətlərinin qiymətləndirilməsi şöbəsində işlə təmin olunublar.
Elm və Təhsil Nazirliyində və qurumlarında təcrübə imkanları yaradan, 3 ay davam edən və artıq üçüncüsü başa çatan proqramın təşkilində məqsəd elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik, bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək göstərməkdir.
Qeyd edək ki, bundan öncə keçirilən ikinci “Maarifçi” tələbə-məzun təcrübə proqramını uğurla bitirən və Elm və Təhsil Nazirliyinin strukturlarında əmək fəaliyyətinə başlayan 10 “Maarifçi”dən 2-si BDU məzunu olub.
Tehsil-press.az












