
Belə ki, BDU-nun Coğrafiya fakültəsinin “Davamlı inkişafın idarə edilməsi” ixtisası üzrə məzunu Cavid Bağırov nazirliyin Strateji planlaşdırma və təhlil şöbəsində, həmin fakültənin SABAH qruplarının “Coğrafiya müəllimliyi” ixtisası üzrə məzunu Nəzrin Manafova isə Təhsil İnstitutunun Təhsilverənlərin peşəkar inkişafı mərkəzinin Əlavə təhsil xidmətlərinin keyfiyyətinə nəzarət şöbəsində işlə təmin olunub.
Elm və Təhsil Nazirliyində və qurumlarında təcrübə imkanları yaradan, 3 ay davam edən ikinci “Maarifçi” proqramını 35 nəfər müvəffəqiyyətlə bitirib. Onlardan 12-si BDU məzunudur. Proqramın təşkilində məqsəd elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik, bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək göstərməkdir.
Qeyd edək ki, ötən il keçirilən birinci “Maarifçi” tələbə-məzun təcrübə proqramını uğurla bitirən və Elm və Təhsil Nazirliyinin strukturlarında əmək fəaliyyətinə başlayan 9 “Maarifçi”dən 3-ü BDU məzunu olub.
Tehsil-press.az