BDU-nun SABAH qruplarının 4 tələbə və məzunu 2-ci “Maarifçi” təcrübə proqramının iştirakçısıdır

BDU-nun SABAH qruplarının 4 tələbə və məzunu 2-ci “Maarifçi” təcrübə proqramının iştirakçısıdır Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının 4 tələbə və məzunu 2-ci “Maarifçi” təcrübə proqramının iştirakçısıdır.

Riyaziyyat müəllimliyi, hüquqşünaslıq və coğrafiya müəllimliyi ixtisaslarının məzunları Əminə Abbasova, Ziyvər Sədiyeva, Nəzrin Manafova və riyaziyyat müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Nərminə Qəhirmanova 2-ci “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısıdırlar.

Proqramın ikinci mərhələsində 37 nəfər müəssisələrdə təcrübə keçmək imkanı qazanıb. Üç ay davam edəcək proqram çərçivəsində iştirakçılar Elm və Təhsil Nazirliyi və onun tabe qurumlarının müxtəlif struktur bölmələrində təcrübə keçəcəklər. Proqramın məqsədi tələbə və məzunlara təcrübə imkanı yaratmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini real iş mühitində tətbiq etmək və gənclərə peşəkar vərdişlər qazandırmaqdır.

BDU-nun SABAH qruplarının 4 tələbə və məzunu 2-ci “Maarifçi” təcrübə proqramının iştirakçısıdır
BDU-nun SABAH qruplarının 4 tələbə və məzunu 2-ci “Maarifçi” təcrübə proqramının iştirakçısıdır
BDU-nun SABAH qruplarının 4 tələbə və məzunu 2-ci “Maarifçi” təcrübə proqramının iştirakçısıdır


Tehsil-press.az

Oxşar xəbərlər