Naxçıvanda fermerlərə 610 min manatdan çox heyvandarlıq subsidiyası ödənilib
Bu ilin ötən dövründə Naxçıvan Muxtar Respublikasında 4 735 fermerə süni mayalanma yolu ilə əldə olunan buzovlara görə ümumilikdə 610 700 manat məbləğində subsidiya verilib. Hazırda subsidiya ödənişləri davam edir.
Heyvandarlıqda məhsuldarlığın artırılması və genetik potensialın gücləndirilməsi məqsədilə süni mayalanma tədbirləri genişləndirilib. Hesabat dövründə 10 220 baş iribuynuzlu heyvanda süni mayalanma aparılıb və nəticədə 6 716 baş buzov əldə olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artım deməkdir.
Heyvandarlıq məhsullarının istehsalının artırılması istiqamətində tədbirlər davam etdirilir. Nazirlik tərəfindən damazlıq təsərrüfatlarının yaradılması və heyvanların lizinq yolu ilə fermerlərə verilməsi istiqamətində iş aparılır. Bundan başqa, Süni Mayalanma Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi və heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə yeni törədici buğaların alınması üçün kotirovka sorğusu da elan edilib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 328 milyon manatı ötüb. Bunun 138 milyon manatdan artıq hissəsi heyvandarlıq məhsullarının payına düşür.
Tehsil-press.az
- Baxış: 42
Xəbərin tarixi: 04.12.2025 / 17:09
-
Oxşar xəbərlər
Bu il Naxçıvan fermerlərinə 246 min manatdan artıq heyvandarlıq subsidiyası ...
Azərbaycanda diri çəkidə ət istehsalı artıb
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 1,9% artıb
2024-cü ildə Azərbaycanda 6,4 milyon manat aqrar sığorta ödənişi həyata keç ...
Azərbaycanda yaş tütün istehsalında 34% artım qeydə alınıb
Azərbaycanda tərəvəz istehsalı 1,8%, tərəvəz ixracının dəyəri 1,2% artıb
Azərbaycandan xarici bazarlara pambıq mahlıcı ixracı 2 dəfə artıb
Azərbaycanda ilk dəfə düyələrə uğurlu embrion transferi həyata keçirildi
Azərbaycan neft məhsullarının ixracını artırıb
Naxçıvan arıçılarına ötən il 528 min manat kredit verilib
Azərbaycanda kənd təsərrüfatının istehsalı 3,8 faiz artıb
Nazir: Fermerlərə subsidiyaların verilməsində şəffaflıq və çeviklik təmin e ...
Otellər 167 milyon manat qazanıb - Bu il
Pomidor, xiyar, kartof, soğan ucuzlaşıb, kələm, çuğundur, sarımsaq bahalaşı ...
Azərbaycanda kənd təsərrüfatı məhsulları ucuzlaşmaqda davam edir