İyunun 13-də Azərbaycan Texniki Universitetində 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə AzTU-nun rektoru, professor Havar Məmmədov ölkəmizin tarixində çox mühüm hadisə olan və Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə yol açan Milli Qurtuluş Günü barədə ətraflı məlumat verib. Rektor bildirib ki, həmin dövrdə hakimiyyətdə olan səriştəsiz, xəyanətkar, dağıdıcı qüvvələrin düşünülməmiş hərəkətləri Azərbaycanın bir dövlət kimi varlığına ciddi təhlükə yaratmışdı. Ona görə də geniş xalq kütlələrinin təkidli tələbi ilə ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə gəldi.
AzTU-nun “İctimai fənlər” kafedrasının müdiri Şikar Qasımov çıxışında Ulu Öndərin ölkəmizdə ictimai-siyasi sabitliyin yaradılması, xalq kütlələrinin birliyinin təmin edilməsi, iqtisadiyyatımızın dinamik inkişaf yoluna çıxarılması, ölkəmizin sərvətlərindən məqsədyönlü istifadə olunması istiqamətində genişmiqyaslı və qlobal əhəmiyyət daşıyan fəaliyyətlərindən danışıb.
AzTU-nun THİK-nin sədri Elvin Bəxtiyarlı çıxışında bildirib ki, Azərbaycan gəncliyi, eləcə də Azərbaycan Texniki Universitetinin tələbələri Ümummilli liderin gənclərimizə diqqət və qayğısını bu gün Azərbaycan dövlətinin gənclərə yönəlmiş siyasətində hər an hiss edirlər.
Qeyd olunub ki, Ümummilli lider müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını yaradan bir şəxsiyyət kimi həmişə minnətdarlıq hissi və ehtiramla xatırlanacaqdır. Ulu Öndərin əsasını qoyduğu dövlətin inkişaf konsepsiyası bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

AzTU-nun Mətbuat Xidməti