Mədəniyyət və İncəsənət Universitetində “Fiqaronun toyu” nümayiş olunub

Mədəniyyət və İncəsənət Universitetində “Fiqaronun toyu” nümayiş olunub Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) P.O.Bomarşenin əsəri əsasında hazırlanmış “Fiqaronun toyu” tamaşası nümayiş olunub.
Tamaşada teatr sənəti fakültəsində musiqili teatr aktyoru ixtisası üzrə təhsil alan III kurs tələbələri çıxış ediblər. Tamaşanın quruluşçu rejissoru Ruslan İsmayılovdur.
Səhnə əsərində rolları Nəzrin İsmayılova (Qrafinya), Əlizamin Abbasov (Qraf Almaviva), Tural Xəlilbəyli (Fiqaro), Fidan Əliyeva (Süzanna), Hüseyn Sadıqov (Bartolo), Ayşən Əsədova (Marselina), Muxran İsmayılov (Kerubino), Jalə Hacızadə (Fanşetta), həmçinin ikinci kurs tələbələri Qüdrət Qurbanzadə (Antonio), Elvin Nuri (Bazil), Əli Heydərov (Don Briduazon) və Fəridə Qurbanova (Fanşetta) oynayıblar. Janrı “maskalı oyun” kimi təyin olunan tamaşa mütəxəssislər və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Nümayişdən sonra ADMİU-nun rektoru, professor Ceyran Mahmudova, teatr sənəti fakültəsinin dekanı, dosent Ellada Hüseynova, musiqili teatr aktyoru kafedrasının müdiri, professor İlham Namiq Kamal, teatrşünaslıq kafedrasının müdiri, professor Aydın Talıbzadə, professor İsrafil İsrafilov, Xalq artisti Məmmədsəfa Qasımov və digər müəllimlərin iştirakı ilə müzakirə keçirilib. Müzakirədə tələbə-aktyorların ifaları təhlil olunub, tamaşanın özünəməxsus rejissor yozumu, maraqlı plastik həlli, musiqi tərtibatı və aktyor ifası ilə fərqləndiyi vurğulanıb.

ADMİU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər