Azərbaycan Dillər Universitetində (ADU) bu ali təhsil müəssisəsinin Vətən müharibəsində şəhid olmuş məzunları - Teymur Osmanlı, Əzim Həsənov və Elvin Bayramovun adlarını daşıyan auditoriyaların açılış mərasimi keçirilib.
Mərasimdə ADU-nun rektoru akademik Kamal Abdulla Vətən müharibəsi şəhidlərinin xatirəsinin daim əziz tutulduğunu və onların adlarının xalqımızın qəlbində əbədi yaşayacağını söyləyib: “Şəhid məzunların adlarını daşıyan bu auditoriyalarda şəhidlərin əziz xatirəsi tələbələr tərəfindən anılacaq, onların keçdiyi həyat yolu öyrəniləcək. Eyni zamanda, burada müxtəlif anım tədbirləri, görüşlər keçiriləcək. Azərbaycan Dillər Universitetinin kollektivi, tələbələrimiz Vətən müharibəsində şəhid olmuş məzunlarımızın xatirəsini minnətdarlıq və ehtiram hissi ilə yad edir, onların əziz xatirəsini ürəklərində yaşadırlar. Vətən yolunda canından keçən oğullarımızla xalqımız fəxr edir. Universitetimizdə tez-tez qazilərlə görüşlər keçirilir, onlar öz döyüş yollarını tələbələrimizlə bölüşürlər. Əlbəttə, bu, gənclərin, tələbələrin vətənpərvərlik hissi ilə tərbiyə olunmasında və formalaşmasında böyük rol oynayır”.
Şəhidlərin valideynləri övladlarının xatirəsinin universitetdə əbədiləşdirilməsini və tələbələrin yaddaşında əbədi həkk olunmasını böyük qürur və fərəhlə qarşılayıb, universitet rəhbərliyinə təşəkkür ediblər.
Şəhidlərin adlarını daşıyan auditoriyalarda onların fotoları, şəxsi əşyaları yer alıb. Qeyd edək ki, Teymur Osmanlı ADU-nun Tərcümə, Əzim Həsənov Təhsil-1, Elvin Bayramov isə Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsindən məzun olublar.
Tehsil-press.az