UNEC Rusiyanın aparıcı elm və təhsil müəssisələri ilə əməkdaşlıq edəcək

UNEC Rusiyanın aparıcı elm və təhsil müəssisələri ilə əməkdaşlıq edəcək Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov Rusiya Təhsil Akademiyasının rektorunun dəvəti ilə akademiyanın Moskva şəhərində keçirilən 80 illik yubileyində iştirak edib.
Yubiley tədbirində çıxış edən rektor Ədalət Muradov Rusiya Təhsil Akademiyasının kollektivini təbrik edərək, elmi əməkdaşlıq istiqamətində müzakirələr aparıb. Professor Ədalət Muradov və akademiyanın prezidenti Olqa Vasilyeva arasında aparılan müzakirələrdə müasir təhsil texnologiyaları üzrə tədqiqatların nəticələrinin UNEC-lə bölüşülməsi mexanizmi müzakirə edilib. Eləcə də Rusiya Təhsil Akademiyasının elektron kitabxanasına UNEC-in çıxış imkanının yaradılmasına dair razılıq əldə olunub.
Yubiley tədbiri çərçivəsində UNEC-in rektoru professor Ədalət Muradov Rusiya Hökuməti yanında Maliyyə Universitetinin prezidenti professor Mixail Eskindarov, Moskva Maliyyə Hüquq Universitetinin rektoru professor Aleksey Zabelin, Don Dövlət Texniki Universitetinin rektoru professor Mesxi Besarionla da görüşərək, elm və təhsil sahəsində mümkün əməkdaşlıq istiqamətlərini müzakirə edib.
Rusiya Ali İqtisad Məktəbinin rektoru Nikita Anisimovu UNEC-ə dəvət edən professor Ədalət Muradov birgə tədqiqat mərkəzlərinin və laboratoriyaların yaradılması və digər istiqamətlərdə əməkdaşlıq proqramının müəyyənləşdirilməsinə dair razılıq əldə edib.

Tehsil-press.az



Oxşar xəbərlər