Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının şəhid və döyüşçü tələbələrinə həsr olunan “Auditoriyadan səngərə” adlı kitabın təqdimatı keçirilib.
Kitabda UNEC Zaqatala filialının şəhid tələbəsi Anar Qarayevin, həmçinin hazırda filialda qiyabi təhsil alan Vətən müharibəsi iştirakçısı olan tələbələrin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan bəhs olunur.
Kitabın ideya müəllifi UNEC-in rektoru professor Ədalət Muradov, müəllifləri isə filialın direktoru professor Orucəli Rzayev və kitabxananın əməkdaşı Gülnigar Qurbanlıdır.
Təqdimat mərasimində filialın əməkdaşları, şəhid Anar Qarayevin valideynləri, eləcə də filialın Vətən müharibəsi iştirakçıları olan tələbələri iştirak ediblər.
UNEC-in Zaqatala filialının direktor müavini dosent Həqiqət Qədimova tədbirdə çıxış edərək, 44 günlük Vətən müharibəsində əldə olunan parlaq Zəfərdən, filialın müharibədə qəhrəmanlıq göstərən tələbə və məzunlarından söz açıb. Həmçinin şəhid Anar Qarayevin tələbəlik dövrü barədə xatirələrini bölüşüb, şəhidin döyüş yolundan bəhs edib. İqtisadiyyat fakültəsinin məzunu olan Anar Qarayevin könüllü olaraq Vətən müharibəsinə yollandığı, onun Suqovuşan istiqamətində gedən döyüşlərdən birində yaralı yoldaşlarını xilas edərkən şəhid olduğu bildirilib.
Tədbirdə şəhidin ailə üzvləri və Vətən müharibəsi iştirakçısı olan filial tələbələri erməni işğalçılarına qarşı hər bir əsgər və zabitin sona kimi mərdliklə döyüşdüyünü, qələbə əzminin sarsılmaz olduğunu diqqətə çatdırıblar.
Sonra “Auditoriyadan səngərə” kitabı tədbir iştirakçılarına hədiyyə olunub.
Tehsil-press.az