Azərbaycan An-178 Ukrayna təyyarələrinə görə avans ödəyib

Azərbaycan An-178 Ukrayna təyyarələrinə görə avans ödəyib Azərbaycanla bağlanmış müqavilə çərçivəsində Ukrayna artıq ilk An-178 təyyarəsinə görə avans alıb. Tehsil-press.az Ukrayna KİV-ə istinadən məlumat verir ki, bu barədə Ukrayna baş nazirinin müavini Gennadi Zubko deyib.

Nazir qeyd edib: "10 təyyarənin alınması ilə bağlı müqaviləmiz var. Həmçinin, iyun ayında iki təyyarənin təhvil verilməsi ilə bağlı avans da ödənilib. Biz Azərbaycan tərəfinə maliyyələşməni həyata keçirdiyi üçün minnətdarıq".
Onun sözlərinə görə, "Antonova" təyyarələrinin alınması üçün Türkmənistan, Qazaxıstan və digər ölkələrdən də real təklif var.


Tehsil-press.az

Oxşar xəbərlər