Xarkov Milli Daxili İşlər Universitetinin rektoru Bakıda səfərdədir — FOTOLAR

Xarkov Milli Daxili İşlər Universitetinin rektoru Bakıda səfərdədir — FOTOLAR Bugün Beynəlxalq Mətbuat Mərkəzində Xarkov Milli Daxili İşlər Universitetinin rektoru, polis polkovniki, hüquq elmləri doktoru Sokurenko Valeriy Vasilyeviçin mətbuat nümayəndələri ilə görüşü keçirildi.

Görüşü giriş sözü ilə SOFİ Group LTD (www.Sofi-Group.com) -Xaricdə Təhsil Şirkətinin rəhbəri Sultanım Seyidəliyeva açaraq qonaqların Bakı səfəri barədə geniş məlumat verdi. Xaricdə təhsilin prioritet istiqamətlərindən danışan S.Seyidəliyeva bu istiqamətdə ikitərəfli səfərlərin vacibliyini vurğuladı.
Sonra Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov çıxış edərək Azərbaycan-Ukrayna əlaqələrindən danışdı. Ukraynanın Azərbaycan üçün strateji tərəfdaş olduğunu deyən S.Abbasov bu əlaqələrin təhsil sahəsinə inteqrasiyasının vacibliyini qeyd etdi.
Daha sonra Xarkov Milli Daxili İşlər Universitetinin rektoru, polis polkovniki, hüquq elmləri doktoru Sokurenko Valeriy Vasilyeviç çıxış edərək rəhbərlik etdiyi universitetin prioritet istiqamətlərindən danışdı. Universitetin müəllim-kadr personalının kifayət qədər peşəkarlardan ibarət olduğunu deyən V.Vasilyeviç Azərbaycanla təhsil sahəsində əməkdaşlığa böyük maraq göstərdiyini dedi:
"Xarkov Milli Daxili İşlər Universiteti Ukraynada öz çəkisi, təhsil sahəsində ciddi yükü olan elm ocağıdır. Bizim universitetdə xarici ölkələrdən gələn tələbələr üçün olduca əlverişli şərait yaradılıb. Biz, eyni zamanda, hüquq, psixologiya, maliyyə, bank işi, sığorta, kibercinayətkarlıqla mübarizə və digər mühüm istiqamətlər üzrə kadr hazırlıqlarını həyata keçiririk."
Xarkov Milli Daxili İşlər Universitetinin Hüquq fakultəsinin dekanı, hüquq elmləri doktoru, dosent Sinequbov Oleq Vasilyeviç çıxış edərək təmsil etdiyi fakultənin fəaliyyətindən danışdı. Ukrayna hüquq təhsilində bu fakultənin xüsusi rol oynadığını deyən O.Vasilyeviç xarici tələbələr üçün özəl proqramların nəzərədə tutulduğunu dedi:
“Bizim Universitetin özəl xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, biz yüksək təhsillə bərabər qiymətləri kifayət qədər aşağı həddə müəyyənləşdirmişik. Belə ki, əyani təhsil üçün illik ödəniş 1400 ABŞ dolları, qiyabi təhsil üçün isə 800 ABŞ dolları təşkil edir”.
“EFLA” – Xaricdə Təhsil Mərkəzinin rəhbəri Emin Şahbazov çıxışında xaricdə təhsil sahəsində bəzi neqativ hallardan danışdı. E.Şahbazor bu sahədə bəzi problemlərdən qaçmaq üçün peşəkar şirkətlərə müraciətin vacibliyini qeyd etdi.


Xarkov Milli Daxili İşlər Universitetinin rektoru Bakıda səfərdədir — FOTOLARXarkov Milli Daxili İşlər Universitetinin rektoru Bakıda səfərdədir — FOTOLARXarkov Milli Daxili İşlər Universitetinin rektoru Bakıda səfərdədir — FOTOLARXarkov Milli Daxili İşlər Universitetinin rektoru Bakıda səfərdədir — FOTOLARXarkov Milli Daxili İşlər Universitetinin rektoru Bakıda səfərdədir — FOTOLARXarkov Milli Daxili İşlər Universitetinin rektoru Bakıda səfərdədir — FOTOLAR

Tehsil-press.az

Oxşar xəbərlər