Bakı Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan komandalarının kapitanları müəyyənləşib. Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən Tehsil-press.az-a verilən məlumata görə, kişi şahmatçılardan ibarət əsas millidə kapitan Aleksey Dreyev olacaq.
Rusiya yığmasının heyətində (1992,1994 və 1996-cı illər) üç dəfə olimpiya çempionu olan Dreyev 1997 və 2005-ci illərdə komandalar arasında dünya çempionatının qalibi adını qazanıb.
Əslən Bakıdan olan İsrail şahmatçısı Emil Sutovski və Azər Mirzəyev müvafiq olaraq kişi şahmatçılardan ibarət ikinci və üçüncü komandalara kapitan təyin olunub.
Qadınların əsas komandasına Fikrət Sideifzadə rəhbərlik edəcək. Sərxan Quliyevlə Rəsul İbrahimov ikinci və üçüncü yığmalarda çalışacaq.
Hazırda əsas yığma komandalar Qəbələdə son hazırlıq mərhələsində iştirak edir.
Tehsil-press.az