Avropa İttifaqı "cihadcıları" Yunanıstanda aşkarlamaq istəyir

Avropa İttifaqı Avropa İttifaqının polis təşkilatı “Europol” qaçqınlar arasında "potensial cihadçıları" aşkarlamaq üçün Yunanıstana terrorizmlə mübarizə üzrə ekspertlər qrupunu göndərəcək.

Tehsil-press.az xəbər verir ki, bu barədə "EUobserver" internet-qəzeti yazır. Avqustun 20-də 30 ekspertdən ibarət heyət Afinaya gələcək və qaçqınlar düşərgələrində potensial terroristlərin aşkarlanması istiqamətində iş aparacaqlar. Hazırda Yunanıstan ərazisində Avropa İttifaqında sığınacaq istəyən 60 minə yaxın qaçqın var.


Tehsil-press.az

Oxşar xəbərlər