SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Günəşli” yatağındakı 14 nömrəli dərin dəniz özülündə əlavə 2 quyunun qazılması məqsədi ilə yenidənqurma işlərini uğurla davam etdirir. Tehsil-press.az SOCAR-ın saytına istinadən məlumat verir ki, quyuların layihə yerlərinin hazırlanması üçün texnoloji xətlərin marşrutu dəyişdirilib, qazma nasoslarının quraşdırılması üçün M2 modulunda nasosxananın yeri hazırlanmış, qülləaltı postamentin gediş yolları, qazma avadanlıqları, eləcə də birinci quyunun qoruyucu və istiqamətləndirici boruları quraşdırılıb. Şaxtaların su altında bərkidilməsi məqsədilə quraşdırılacaq avadanlıqlar hazırlanıb.
Hazırda boruların bərkidilməsi işləri yerinə yetirilir. Bundan sonra ikinci quyunun qazılması üçün hazırlıq işləri aparılacaq. Birinci quyu üzrə yenidənqurma işlərinin bu ayın sonuna kimi, qazma işlərinin isə noyabr ayında başa çatdırılması nəzərdə tutulur. Birinci quyuda qazma işləri yekunlaşdıqdan sonra ikinci quyunun şaxta borularının endirilməsinə başlanılacaq. Hazırda tikinti-quraşdırma işləri qrafikə uyğun davam etdirilir
Tehsil-press.az