"Cənub Qaz Dəhlizi" layihəsi şərq və qərb enerji dəhlizlərinin formalaşmasında Azərbaycanın rolunu artıracaq. Tehsil-press.az-ın məlumatına görə, bunu energetika nazirinin müavini Natiq Abbasov Bakıda keçirilən Enerji İqtisadiyyatları üzrə Beynəlxalq Assosiasiyasının I Avrasiya konfransında deyib.
Onun sözlərinə görə, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan iri transmilli layihələri reallaşdırmağa davam edir: ""Cənub Qaz Dəhlizi" Avropanın ən iri infrastruktur və enerji layihələrindən biridir. Enerji təhlükəsizliyi layihəsi olmaqla uzun illər ərzində istehsalçılara, tranzit ölkələrə və istehlakçılara mənfəət qazandıracaq".
Tehsil-press.az