Obama Pekində Putinlə görüşmək ümidindədir

Obama Pekində Putinlə görüşmək ümidindədir Bu yaxınlarda Pekində baş tutacaq “G-20” sammitində ABŞ və Rusiya prezidentlərinin qeyri-rəsmi görüşü keçirilə bilər.

"RİA Novosti" agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ prezidentinin köməkçisi Ben Rods bəyan edib.
“İkitərəfli rəsmi görüş nəzərdə tutulmayıb. Lakin biz həmişə ABŞ və Rusiya prezidentlərinin birgə iştirak etdikləri sammitlərdə qeyri-rəsmi də olsa bir araya gəlmələrinə çalışırıq. Güman edirəm ki, prezidentlər Suriya və Ukraynadakı vəziyyəti müzakirə etməyə imkan tapacaqlar”, deyə B.Rods bildirib.


Tehsil-press.az

Oxşar xəbərlər