Əl-Bağdadinin məsləhətçisi öldürüldü

Əl-Bağdadinin məsləhətçisi öldürüldü İŞİD-ə qarşı beynəlxalq koalisiyanın İraqın şimalında həyata keçirdiyi hava əməliyyatları nəticəsində 40-a qədər İŞİD silahlısı zərərsziləşdirilib.

Tehsil-press.az TASS-a istinadən xəbər verir ki, öldürülən İŞİD üzvləri arasında terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin məsləhətçisi Əbu İbrahim əl-Hədidi də var. Onun da olduğu avtomobil karvanına Mosul yaxınlığında havadan hücum təşkil edilib. Eyni zamanda xəbər verilir ki, Mosul ətrafındakı bombardmanda İŞİD-in daha bir yüksək rütbəli şəxsi Visam İsmayıl əs-Subari də öldürülüb. Subari terrorçu-kamikadzelərin hazırlanması üçün cavabdehlik daşıyırmış.


Tehsil-press.az

Oxşar xəbərlər