15 SENTYABR BİLİK GÜNÜDÜR

15 SENTYABR BİLİK GÜNÜDÜR Təhsil millətimizin, ölkəmizin gələcəyidir. Millətin inkişafı, gələcəyi, dövlətin, xalqın varlığı onun təhsilində, elmində, mədəniyyətində, mənəviyyatında formalaşır, kamilləşir. O xalq xoşbəxtdir ki, onun savadlı, bilikli, düzgün tərbiyələnmiş gəncləri var. Biz balalarımızı gələcəyə hazırlamalıyıq. Çünki gələcək onlarındır. Azərbaycan təhsili günbəgün tərəqqiyə doğru irəliləyir. Dünyanın hər yerində Azərbaycan gənclərinin səsi gəlir, ən nüfuzlu ali məktəblərdə övladlarımız ağılla, kamalla, yüksək səviyyə ilə çalışır, ad-san qazanır, elmin ən yüksək zirvəsini fəth edirlər. Bu uğurlar, yeniliklər, aparılan islahatlar bizi bir təhsil işçisi, bir pedaqoq kimi sevindirməyə bilməz, qoy həmişə uğurlarımız belə ürəkaçan, sevindirici olsun. İlk növbədə, biz ölkə Prezidentimiz cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya minnətdar olmalıyıq. Görün təhsil sahəsində nə qədər işlər görülür, yeniliklər olur, Azərbaycan təhsili dünya təhsil sisteminə inteqrasiya etməkdədir.
Qarşıdan yeni dərs ili gəlir, ilk növbədə, birinci sinfə və birinci kursa qədəm qoyan övladlarımızı təbrik edirəm. Təhsil ictimaiyyətinin hamısına uğurlar, cansağlığı arzulayıram.
Yeni dərs iliniz, “Bilik günü’müz mübarək olsun, deyirəm!

Hafiz Paşayev,
ADA Universitetinin rektoru


Oxşar xəbərlər