Bakıda 15 yaşlı məktəbli qız özünü asaraq intihar edib

Bakıda 15 yaşlı məktəbli qız özünü asaraq intihar edib Bakıda daha bir intihar hadisəsi baş verib.

Binəqədi rayon prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Xocahəsən qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yaşayan, 2001-ci il təvəllüdlü Aygün Qubad qızı Qəniyeva yaşadığı evin pəncərəsindən özünü asaraq öldürüb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. Qeyd edək ki, A.Qəniyeva 6 saylı Laçın şəhər orta məktəbinin 9-cu sinfində oxuyurmuş.


Tehsil-press.az

Oxşar xəbərlər