Rusiya Elmlər Akademiyası və Rusiya Təhsil və Elm Nazirliyinin birgə mətbu orqanı “Poisk” qəzetinin redaktoru Yelizaveta Ponarina, qəzetin foto-müxbiri Nikolay Stepanenkov və digər əməkdaşlar Naxçıvan Dövlət Universitetinin qonağı olub.
Rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonaqları salamlayaraq universitetin keçdiyi inkişaf yolundan,həyata keçirilən layihələrdən, xarici ölkələrin qabaqcıl təhsil və elm mərkəzləri ilə mövcud əlaqələrindən danışıb.
Bildirilib ki, 82-dən çox dünya universiteti ilə elm və təhsil sahəsində müqavilələri olan Naxçıvan Dövlət Universiteti 2014-cü ildən etibarən Rusiya Federasiyasının Uxta Dövlət Texniki Universiteti ilə əməkdaşlıq edir, həmçinin universitetlərarası müqavilələrə əsasən Penza Dövlət Universiteti ilə tələbə mübadiləsini uğurla həyata keçirir.
Qəzetin redaktoru Yelizaveta Ponarina universitet rəhbərliyinə səmimi qəbula və qonaqpərvərliyə görə dərin minnətdarlığını ifadə edib.
Qonaqlara xatirə hədiyyələri təqdim olunub.
Sonra qonaqlar universitet şəhərciyini gəzərək tədris binaları, müxtəlif dərs otaqları, kabinə və mərkəzlərlərlə,habelə universitet xəstəxanası və tələbə evi ilə yaxından tanış olublar.
Heyət universitetdən yüksək təəssüratlarla ayrılıb.
Tehsil-press.az