Azərbaycanda sürüşmə zonasındakı yaşayış məntəqələrinin sayı xeyli artıb

Azərbaycanda sürüşmə zonasındakı yaşayış məntəqələrinin sayı xeyli artıb Azərbaycanda 1990-cı ildən indiyədək sürüşmə zonasında yerləşən yaşayış məntəqələrinin sayı 2 dəfədən çox artıb.

Bu barədə Tehsil-press.az-a məlumat verən Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri Nəriman Paşayev bildirib ki, son illərdə Azərbaycanın 10 iqtisadi rayonunun hamısında sürüşmə yayılıb.
Onu sözlərinə görə, sürüşmənin baş verdiyi yaşayış məntəqələrinin çoxluğuna görə ilk yeri Quba-Xaçmaz, sonrakı yeri isə Şamaxı-İsmayıllı iqtisadi rayonu tutur: "Quba-Xaçmazda 96, Şamaxı-İsmayıllıda (Dağlıq Şirvan) isə 94 yaşayış məntəqəsində sürüşmə baş verib. Sürüşmələrin yayılma səviyyəsinə görə iqtisadi rayonlar arasında ilk yeri Şamaxı-İsmayıllı bölgəsi tutur".


Tehsil-press.az

Oxşar xəbərlər