Ana oğluyla birlikdə öldü - Bakıda ailə faciəsi

Ana oğluyla birlikdə öldü - Bakıda ailə faciəsi Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Tehsil-press.az-n əldə etdiyi məlumata görə, qəza Balaxanı qəsəbəsində qeydə alınıb. Qəza zamanı qadın sürücünün idarə etdiyi minik avtomobili “KamAZ” markalı yük maşınının altında qalıb.
Hadisə nəticəsində maşının sürücüsü Leyla adlı qadın və onun azyaşlı oğlu Asəf vəfat edib. Qəzanın dəqiq səbəbləri Sabunçu rayon Polis İdarəsində araşdırılır.
Qeyd edək ki, bir neçə il öncə qadının gənc qardaşı ürək tutmasından dünyasını dəyişib. Leyla xanım atası kənddə tək qalmasın deyə, ailəsi ilə birgə şəhərdəki evlərindən onun yanına köçüb.

Tehsil-press.az

Oxşar xəbərlər