Oktyabrın 17-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq universitetin təşkilatçılığı, Nəsimi Rayon İcra Hakimiyyətinin iştirakı ilə “Azərbaycan Dövlət Müstəqilliyinin bərpasının 25 illiyi”nə həsr olunmuş elmi-praktik konfrans keçirildi.
Tədbirdən öncə iştirakçılar Ümummilli lider Heydər Əliyevin universitetdəki büstünü ziyarət edərək tər gül dəstələri qoydular.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov qonaqları salamlayaraq onları universitetdə görməkdən məmnun olduğunu bildirdi. “Azərbaycan Respublikası artıq 25 ildir ki, azad bir ölkədir” deyən Dünyamin Yunusov dövlətimizin tam müstəqilliyini əldə etməsi üçün xalqımızın çətin yollardan keçdiyini, bu çətinliklərin aradan qaldırılmasında xalqımızla yanaşı, Ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı, Prezident İlham Əliyevin titanik fəaliyyətini xüsusi qeyd etdi. O, bildirdi ki, əldə olunan müstəqilliyi qoruyub saxlamaq, onu möhkəmləndirmək, bütün vətəndaşlara müstəqil dövlət şəraitində layiqli həyat tərzi təmin etmək üçün biz çox işlər görməliyik. Azərbaycan xalqının artıq öz vətəninə, torpağına, ölkəsinə sahib çıxdığını, həmçinin öz taleyini həll etmək iqtidarında olduğunu bildirən professor Dünyamin Yunusov müstəqilliyimizi daimi etmək və ölkəmizi inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaq, dünya birliyində layiqli yer tutmaq kimi işlərin qarşıda duran əsas vəzifələr sırasında yer aldığını sözlərinə əlavə etdi. O, bu vəzifələri həyata keçirməyin universitetimizin hər bir əməkdaşının, bu yurdun vətəni sevən hər bir sakininin ümdə vəzifələri olduğunu ifadə etdi.
ADU-nun Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev “Müstəqillik illərində təhsilimizin inkişafı” mövzusunda təqdimatla çıxış etdi. O, Azərbaycan müstəqil olduqdan sonra da təhsildə əldə olunan bütün nailiyyətlərin Ümummilli lider Heydər Əliyevin və onun ideyalarını hər sahədə olduğu kimi, təhsil sahəsində də müvəffəqiyyətlə həyata keçirən Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu söylədi. Təhsil sahəsində köklü islahatlar aparıldığını diqqətə çatdıran professor islahatların istiqamətlərində ilk addımlar-ikipilləli ali təhsilin tətbiqi, islahat strukturu və onun qlobal konteksti, beynəlxalq proqram və layihələrdə iştirak, xaricdə təhsil məsələlərinə də toxundu. Əfqan Abdullayev bildirdi ki, son illər təhsil sisteminin nəzərəçarpan dərəcədə inkişafı, beynəlxalq standartlara doğru inadla irəliləməsi, burada sistemli islahatlar sxeminin formalaşması və qlobal xarakter daşıması, həmçinin inkişafa yönələn uğurlu addımların atılması uzaqgörən dövlət rəhbərinin diqqətinin göstəricisidir. Sonda professor bugünkü təhsil sistemimizin əhatə dairəsini əks etdirən məlumatları iştirakçıların diqqətinə çatdırdı.
ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının professoru Adil Babayev, Sosial elmlər kafedrasının professoru Xanməmməd İbrahimov və həmin kafedranın dosenti Qorxmaz Mustafayev çıxışlarında ölkəmizin müstəqillik uğrunda keçdiyi tarixi yoldan bəhs etdilər. Onlar Azərbaycanın bugünkü inkişaf yolunun məhz Ulu Öndərin müəyyən etdiyi siyasi xəttin Prezident İlham Əliyev tərəfindən yüksək siyasi bacarıqla ardıcıl davam etdirilməsinin nəticəsi kimi qiymətləndirdilər.
Sonda şair Vahid Əlioğlunun müstəqilliyimizə həsr olunan “Döyünən ürəyim-Azərbaycanım” adlı şeiri Pedaqoji (ingilis dili-fransız dili) fakültənin 318a qrup tələbəsi Günel Cəfərova tərəfindən səsləndirildi.
Qeyd edək ki, konfransda ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova, Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev, Nəsimi Rayon İcra başçısının müavini Anar Tağıyev, həmçinin universitetin professor-müəllim heyəti və tələbələri iştirak edirdi.
ADU-nun Mətbuat Xidməti