Rəsədxana: Ay artıq Yerdən uzaqlaşmağa başlayıb

Rəsədxana: Ay artıq Yerdən uzaqlaşmağa başlayıb Ay artıq Yerə ən yaxın nöqtəsindən keçib. Hazırda Ay Yerdən uzaqlaşmağa doğru gedir.

Bunu Tehsil-press.az-a Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov deyib:
“Amma bu, o demək deyil ki, Ay Yerdən tamam uzaqlaşacaq. Müəyyən bir nöqtədən sonra uzaqlaşma dayanacaq. Bu uzaqlaşma məsafəsi müəyyən aylarda müxtəlif olur, həmişə eyni məsafə olmur”.
X.Mikayılov deyib ki, təxminən 14 gündən sonra Ay Yerdən ən uzaq nötqədə olacaq ki, bu zaman da Ayla Yer arasındakı məsafə 400 min km olacaq.
X.Mikayılov qeyd edib ki, “Super Ay” ötən gün yerli saatla 15.24-də Yerə ən yaxın məsafədə olub: “Butəbiət hadisəsini - Ayın Yerə son 68 ildə olan ən böyük yaxınlaşmasını izləmək üçün rəsədxanaya xeyli adam gəlsə də, hava şəraiti bu hadisəni teleskopla izləməyə imkan vermədi. Axşam saatlarında bir necə kadr çəkə bildik. Amma sonra duman olduğuna görə, müşahidə apara bilmədik. İnsanlar həmin kadrlara baxdılar, birbaşa teleskopla hadisəni izləyə bilmədilər”.
Qeyd edək ki, dünən Ay Yerə ən yaxın məsafədə olub. Bu il noyabrın 14-də Ayla Yer arasında 356 min 512 km məsafə olacaq. Buna oxşar yaxın məsafə təxminən 68 il bundan əvvəl – 1948-ci ildə olmuşdu. Bu il noyabrın 14-də Ayla Yer arasında 356 min 512 km məsafə olub. Ona görə də hesab edilir ki, bu ilki yaxınlaşma son 68 ilin ən böyük yaxınlaşmasıdır. Yaxınlaşma zamanı Ay həmişəkindən təxminən 14 faiz böyük görünüb.
Tehsil-press.az Yerə yaxınlaşmış Ayın görüntülərini təqdim edir:

Rəsədxana: Ay artıq Yerdən uzaqlaşmağa başlayıbRəsədxana: Ay artıq Yerdən uzaqlaşmağa başlayıbRəsədxana: Ay artıq Yerdən uzaqlaşmağa başlayıb

Tehsil-press.az


Oxşar xəbərlər