SOS Uşaq kəndində növbəti “Qiraət saatı” təşkil edilib

SOS Uşaq kəndində növbəti “Qiraət saatı” təşkil edilib Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “İmzalı görüş” layihəsi çərçivəsində SOS Uşaq kəndində növbəti “Qiraət saatı” keçirib.

Fonddan tehsil-press.az-a bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) ilə birgə təşkil edilən tədbirdə uşaq yazıçısı Mehriban Nağıyeva balaca oxucularına nağıllarını oxuyub. Uşaqlar mahnı və şeirlər ifa ediblər. MEK-in və M.Nağıyevanın hədiyyə etdiyi kitablar SOS Uşaq kəndindəki 14 ailənin şəxsi kitabxanasına və ümumi kitabxanaya bağışlanıb.

SOS Uşaq kəndində növbəti “Qiraət saatı” təşkil edilibSOS Uşaq kəndində növbəti “Qiraət saatı” təşkil edilib

Tehsil-press.az

Oxşar xəbərlər