Azərbaycan Tibb Universiteti (ATU) "Elsevier Clinical Solutions" kompaniyası ilə əməkdaşlığı daha da genişlədirəcək.
ATU-da "Clinical Key" elektron kitabxanasının təqdimat mərasimi keçirilib. Mərasimi açıq elan edən universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rəhimə Qabulova "Elsevier Clinical Solutions" kompaniyası ilə əməkdaşlığın artıq iki ildən bəri davam etdiyini bildirib. Rəhimə Qabulova şirkət tərəfindən həkimlərə və rezidentlərə çox gözəl şərait yaradıldığını da diqqətə çatdırıb: “Biz şirkətin bazasına daxil olaraq ödənişsiz istifadə imkanı əldə etmişik. Eyni zamanda, tədris və elmi tədqiqatlar üçün vacib olan, sübuta əsaslanmış ən son məlumatlar burada yer alıb”.
"Elsevier" şirkətinin satış meneceri Atilla İkinci yaradılan şəraitə görə ATU-nun rəhbərliyinə minnətdarlığını bildirərək, gördükləri işlərin əsas mahiyyətindən, burada həkimlərin dünyanı dəyişdirə biləcək yeni kəşflərlə tanış ola biləcəklərindən danışıb. Bildirib ki, kompaniyanın təmsilçisi Gökhan Baykal bir həftə ərzində ATU-nun klinikalarında həkimləri maraqlandıran suallara cavab verəcək.
ATU-nun elmi işlər üzrə prorektoru Rauf Bəylərov isə əməkdaşlığın gələcəkdə öz töhfəsini verəcəyini deyib: “Mən inanıram ki, "Elsevier" şirkəti ilə əməkdaşlığımız uzunmüddətli olacaq. Çünki biz onlara şərtlərinə görə üstünlük verdik. Həkimlərin və rezidentlərin işinin asanlaşdırılması baxımından bu layihə çox faydalı olacaq”.
Sonda "Clinical Key"dən pulsuz istifadə etmək imkanı ilə bağlı Azərbaycan Tibb Universiteti ilə "Elsevier Clinical Solutions" arasında anlaşma memorandumu imzalanıb.

ATU-nun Mətbuat Xidməti