Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə universitetin tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev Milli Dirçəliş Günü və onun qeyd edilməsinin əhəmiyyətindən danışıb.
Professor Camal Mustafayev və digər çıxış edənlər dövlət müstəqilliyinin əldə edilməsinin böyük tarixi hadisə olduğunu söyləyiblər.
Müasir müstəqil Azərbaycan dövlətinin yaranmasında, inkişafında və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən bəhs edən natiqlər Ulu Öndərin ideyalarının əbədiyaşar olduğunu bildiriblər.
Vurğulanıb ki, Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir, ölkəmiz çox sürətlə inkişaf edir.

ADNSU-nun Mətbuat Şöbəsi