Noyabr ayının 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 17 Noyabr-Milli Dirçəliş Gününə həsr edilmiş “Vətəndən pay umma!” adlı tədbir keçirilib. ADPU-nun Tələbə Gənclər Təşkilatının (TGT) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşəbbüsü ilə keçirilən və bədii-musiqili hissədən ibarət olan tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, sonra TGT-nin fəaliyyətini əks etdirən qısametrajlı film nümayiş etdirilib. Tədbirdə həmçinin Milli Dirçəliş Gününü və eləcə də azadlıq uğrunda mübarizəmizi əks etdirən videoçarx nümayiş olunub. Tələbələr Azərbaycanı, vətəndaşlığı, vətənpərvərliyi, milli birliyi, dövlətçiliyə sədaqəti, ana dilimizi, milli mədəniyyətimizi, musiqimizi təbliğ və tərənnüm edən şeir və mahnılar oxuyublar, rəqslər ifa ediblər.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbirdə çıxış edərək universitetin kollektivini Milli Dirçəliş Günü münasibətilə təbrik edərək uğurlar arzulayıb. Bildirib ki, Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində başlamış erməni separatizmini və terrorunu dəstəkləyən, ermənilərin ölkəmizə qarşı torpaq iddialarına rəvac verən, xalqımızın hüquq və mənafelərini qorumayan bir rejimə qarşı kütləvi xalq hərəkatı 1988-ci il noyabr ayının 17-də başlandı. Xalqımız noyabrın 17-də Azadlıq meydanına axışaraq Azərbaycanı uzun müddət müstəmləkə əsarətində saxlayan Sovet imperiyasına qarşı ilk etiraz səsini qaldırmışdır. Həmin gün xalqımızın milli-azadlıq mübarizəsi və dövlətçiliyi tarixində mühüm rol oynamış, ölkəmizin müstəqil dövlət kimi formalaşması üçün dönüş nöqtəsi olmuşdur. 70 ildən çox keçmiş SSRİ-nin tərkibində öz dövlət müstəqilliyindən məhrum olmuş xalqımız Azadlıq meydanında milli birlik və vətəndaş həmrəyliyi nümayiş etdirmişdir. Xalqımız bir yumruq kimi sıx birləşərək bütün dünyaya sübut etdi ki, o, azad olmağa layiq xalqdır.
Rektor qeyd edib ki, Ermənistanda və Qarabağın dağlıq hissəsində Azərbaycana qarşı yönəldilmiş soyqırımı Sovet Ordusu tərəfindən dəstəklənirdi. Silahlanmış erməni quldurları əliyalın, dinc əhalini müdhiş bir amansızlıqla qətlə yetiridilər. Vəzifə kreslosunu qoruyub saxlamaq naminə mərkəzi hakimiyyət qarşısında yaltaqlanan və acizlik göstərən o zamankı kommunist rəhbərliyi xalqın və Vətənin həqiqi mənafeyi keşiyində dura bilmirdi.
Bütün bu ədalətsizliklərə və ərazi bütövlüyünə edilən qəsdlərlə razılaşmayan xalqımız 17 noyabrda ayağa qalxdı. Həmin günlərdə Sovet müstəmləkə rejimi şəraitində repressiyalara məruz qalmış milli şüur yenidən oyandı, özünüdərkə doğru bir dönüş başlandı. Respublikamızın bütün şəhər və rayonlarını bürümüş qüdrətli xalq hərəkatı kommunist rejimini Azərbaycandan süpürüb atmaq təhlükəsi yaratmışdı. Xalq hərəkatı bütün əzəməti ilə göz qabağında idi. Bundan qorxuya düşən imperiya başçıları noyabrın 24-dən 25-nə keçən gecə Bakıya qoşun yeritdilər. Fövqalədə vəziyyət elan olundu, komendant saatı tətbiq edildi. Lakin xalq geri çəkilmədi. Sovet rejimindən Ermənistanda və Qarabağın dağlıq hissəsində erməni separatçılığına və terrorizminə son qoymaq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, sərvətlərimizin talan edilməsini dayandırmaq kimi tələblərlə başlamış bu hərəkat tezliklə Azərbaycanın müstəqilliyinə çağıran şüarlara keçdi. Dekabrın 4-dən 5-nə keçən gecə Sovet Ordusu bu hərəkatı yatırmağa nail oldu. Minlərlə azadlıqsevər insanlar həbs edilərək zindanlara salındı. Lakin xalqımızın mübarizə əzmini qırmaq mümkün olmadı. Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. 17 Noyabr isə xalqın milli-azadlıq hərəkatının başlanğıc günü - Milli Dirçəliş Günü kimi qeyd olunmağa başladı.
Həqiqət naminə qeyd edək ki, 1991-ci il oktyabrın 18-də yenidən öz dövlət müstəqilliyini bərpa edən Azərbaycan sonradan bir daha parçalanmaq və milli müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşdı. Yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsi bu təhlükəni aradan qaldırdı, ölkədəki xaos və qarşıdurmaya son qoyuldu. Müdrik siyasi xadim Heydər Əliyev müstəqil, hüquqi, demokratik, dünyəvi Azərbaycan dövlətini qurdu, gücləndirdi və onu beynəlxalq aləmdə nüfuzlu bir dövlətə çevirdi. Bu gün ölkəmiz Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə həyatımıızın bütün sahələrində uğurla inkişaf edir, müasirləşir, daha da qüdrətli olur, onun beynəlxalq siyasi nüfuzu durmadan yüksəlir.
Rektor Cəfər Cəfərov çıxışının sonunda tələbə-gənclərə yaxşı oxumağı, ictimai həyatda fəal olmağı, müasir dövrün yeni çağırışlarına cavab verən yüksək səviyyəli mütəxəssislər kimi yetişməyi tövsiyə edib.
ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi