Noyabrın 21-də Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində Karmik Şəfa və İnkişaf mərkəzinin təsisçisi Zeyno Baran Brayza “Kvant şüuru” adlı mühazirə ilə çıxış edib. Z.B.Brayza karmanın əsas prinsipləri və kvant nəzəriyyəsi haqqında ətraflı danışaraq bildirib ki, hər şey enerji ilə hazırlanır və hər kəs bir-biri ilə qarşılıqlı əlaqəlidir.Həyatımız enerjinin təsiri ilə formalaşır, onlar gizli fikirlərimizi və hisslərimizi əks etdirir.Biz çətinliklər ilə qarşılaşanda onları tam anlaya bilmirik, çünki öz həqiqi fikirlərimizi və hisslərimizi müəyyənləşdirə bilmirik. Natiq kvant nəzəriyyəsi vasitəsi ilə şüuraltı fikirlərin donma səbəblərini dərk edə biləcəyimizi söyləyib. Bu maneələrin xroniki sağlamlıq problemləri, əlaqələr, maliyyə və ya karyera çətinlikləri ilə nəticələnə biləcəyini söyləyən Z.B.Brayza onların asılılıq və fobiyalar şəklində özünü büruzə verdiyini sözlərinə əlavə edib. O, bu donmaların karmik səbəblərinin olduğunu bildirərək onları beynimizdən silərək həyatı arzuladığımız kimi yaşaya biləcəyimizi diqqətə çatdırıb. Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
ADU-nun Mətbuat Xidməti