Gənclərin dini radikalizmə qarşı mübarizədəki rolu müzakirə edilib

Gənclərin dini radikalizmə qarşı mübarizədəki rolu müzakirə edilib Bu gün Astara rayon Mərkəzi kitabxanasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Astara rayon İcra Hakimiyyəti, Astara rayon Gənclər və İdman İdarəsi və "Polisə Dəstək" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Soyqırım, terrorizm və dini radikalizm təzahürlərinə qarşı təşəbbüslər" mövzusunda maarifləndirici tədbir keçirilib.

Dövlət Komitəsinin mətbuat xidmətindən Tehsil-press.az-a verilən məlumata görə, tədbirdə Astara Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri Bəsti Əliyeva, Astara Rayon Gənclər və İdman İdarəsinin müdiri Ərçə Əliyev, DQİDK-nın Lənkəran bölgə şöbəsinin baş məsləhətçisi Hatəm Gülməmmədov, "Polisə Dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənov, Astara rayon Polis şöbəsinin əməkdaşları, dini icma sədrləri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan "Polisə Dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyev qeyd edib ki, Azərbaycan Respublikasında vətəndaşlar arasında dini radikalizm hallarının qarşısını almaq, vahimə yaradan terrorçuluq əməllərini öncədən zərərsizləşdirmək və ölkə daxilində sabitliyin pozulmasına yönələn təhlükəli əməlləri əngəlləmək üçün kifayət qədər hüquqi baza və onu nəzarət altına alan dövlət orqanları var. Gənclərin dini radikalizmə qarşı mübarizədəki rolunu önə çəkən Ş.Əliyev bildirib ki, hal-hazırda ölkəmizdə mövcud olan ictimai-siyasi sabitliyin qorunmasında, dini radikalizmə qarşı mübarizədə dövlət orqanları ilə yanaşı vətəndaşlar, xüsusilə də gənclər fəal iştirak etməlidirlər.
Mövzunun aktuallığını, bu istiqamətdə gənclərin maarifləndirilməsinin vacibliyini vurğulayan DQİDK-nın Lənkəran bölgə şöbəsinin baş məsləhətçisi Hatəm Gülməmmədov Azərbaycan dövlətinin din sahəsindəki siyasətinin tolerantlığa əsaslandığını və dini radikalizmə qarşı mübarizədə prinsipial mövqe tutduğunu qeyd edib.
Dinlərini yaranma tarixi haqqında məlumat verən Qafqaz Müsəlmanları İdarəsinin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənov ayrı-ayrı dövrlərdə müxtəlif maraqlar zəminində təriqətlərin yaranması və onların siyasiləşdirilməsi barədə məlumat verib. Daha sonra çıxış edən Astara rayon Gənclər və İdman İdarəsinin müdiri Ərçə Əliyev gəncləri dini radikalizmin təhlükəsindən qorumaq, onların radikal dini cərəyanların təsiri altına düşməmələri üçün maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.

Gənclərin dini radikalizmə qarşı mübarizədəki rolu müzakirə edilibGənclərin dini radikalizmə qarşı mübarizədəki rolu müzakirə edilibGənclərin dini radikalizmə qarşı mübarizədəki rolu müzakirə edilib

Tehsil-press.az

Oxşar xəbərlər