Noyabr ayının 23-də Təhsil Nazirliyinin (TN) təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) I kurs tələbələri üçün “BİR” Tələbə-Könüllü Proqramının təqdimatı keçirilib. Təqdimatdan öncə “BİR” Tələbə-Könüllü Proqramını əks etdirən videorolik nümayiş etdirilib. Təqdimatın aparıcısı mügənni Seyran Babayev olub.
TN-nin “BİR” Tələbə-Könüllü Proqramının assistenti Canoğlan İlyasov təqdimatı giriş sözü ilə açaraq proqram barədə geniş məlumat verib. Bildirib ki, bu proqram könüllü tələbələrlə işin təşkilinin sistemləşdirilməsi, vahid məlumat bazasının yaradılması, tələbələrin könüllü fəaliyyətlə məşğul olmasının stimullaşdırılması məqsədilə Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılıb. Qeyd edib ki, ölkəmizdə bir çox irimiqyaslı tədbirlərin təşkilində və həyata keçirilməsində tələbə könüllülər boyük rol oynayırlar. Bu proqram çərçivəsində tələbələr könüllülük fəaliyyətinə və müvafiq tədbirlərə cəlb olunaraq dünyagörüşlərini genişləndirir və akademik təhsildən ayrılmadan sosial fəallıqlarını artırırlar. Proqram Təhsil Nazirliyinin tabeçiliyində olan 18 ali təhsil müəssisəsini əhatə edir. Proqramın seçim meyarlarına tələbənin könüllü şəkildə proqram və tədbirlərdə iştirak etməsi, təhsil aldığı ali təhsil müəssisəsində ictimai fəallığı ilə seçilməsi, yüksək təşkilatçılıq bacarığı, stressə davamlılığı, qətiyyətli, əzmli, məsuliyyətli və diqqətli olması, təhlil etmək və araşdırma aparmaq bacarığının olması, yaradıcılığı, yenilikçiliyi, işgüzar etiket haqqında məlumatlılığı, müxtəlifyönümlü ictimai işlərdə təcrübəyə malik olması, rus və ingilis dillərini bilməsi daxildir. Proqramın icrası ilə bağlı bir çox universitetlərdə tədbirlər keçirilib, proqramın icrasının dekabr ayının sonlarında yekunlaşması planlaşdırılır. Qeyd etmək yerinə düşər ki, gələn il Azərbaycanda keçiriləcək bir neçə mötəbər idman yarışlarında və mədəniyyət tədbirlərində “BİR” Tələbə-Könüllü Proqramı çərçivəsində könüllü tələbələrin iştirakı nəzərdə tutulur.
Təqdimatda əyləncəli videoroliklər nümayiş etdirilib, tələbə-gənclərin proqramla bağlı sualları cavablandırılıb.

ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi