Balakəndə 31 yaşlı kişi üstünə benzin töküb özünü yandırdı

Balakəndə 31 yaşlı kişi üstünə benzin töküb özünü yandırdı Balakəndə 31 yaşlı kişi intihar etmək məqsədi ilə özünü yandırıb.

Hüquq-mühafizə orqanlarından tehsil-press.az-a verilən məlumata görə, bu gün saat 18 radələrində hələki istintaqa məlum olmayan səbəbdən rayonun Hənifə kənd sakini, 1985-ci il təvəllüdlü Kamil Nəsrullah oğlu Dovşanov yaşadığı ünvanda intihar etmək məqsədi ilə üstünə benzin tökərək özünə od vurub.
Son anda yaxınlarının köməyi ilə xilas olunan K. Dovşanov Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.
MRX-dan sayta verilən məlumata görə, K. Dovşanovun yanıq xəsarətləri ağır olduğu üçün ona xəstəxanada lazımi ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı Balakən Rayon Prokurorluğunda araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər