Azərbaycan Texniki Universitetində (AzTU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
Tədbirdə AzTU-nun rektoru vəzifəsini icra edən Xalıq Yahudov həmrəylik gününün əhəmiyyətindən danışıb, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəylik Gününün respublikamızda və müxtəlif ölkələrdə geniş qeyd olunduğunu söyləyib. Müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin məqsədyönlü siyasətinin uğurlu nəticələrindən söz açan X.Yahudov Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb. X.Yahudov ölkəmizdə iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin sürətlə inkişaf etdiyini söyləyib, xalqımızın nurlu sabahına inamını ifadə edib, əlamətdar gün münasibətilə müəllim və tələbələri təbrik edib.
AzTU-nun kafedra müdiri Arif Məmmədov regiondakı geosiyasi vəziyyətdən danışıb, mənfur qonşularımızın bizə qarşı antitəbliğat kampaniyalarına tutarlı cavab vermək üçün həmrəyliyin çox önəmli olduğunu bildirib. O, tələbələrə Vətənə sadiq, layiqli vətəndaş olmağı tövsiyə edib.
Universitetin ictimai işlərində fəallıq göstərən tələbələrə sertifikat və hədiyyələr verilib.
Sonda tələbələrin hazırladıqları maraqlı ədəbi-bədii kompozisiya təqdim olunub.

AzTU-nun Mətbuat Xidməti