BDU-da “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda elmi konfrans

BDU-da “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda elmi konfrans Bakı Dövlət Universitetinin Tarix fakültəsində Azərbaycanın müstəqilliyinin bərpası və Dünya azərbaycanlılarının Həmrəylik gününün təsis olunmasının 25 illiyinə həsr olunmuş “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda universitetdaxili I elmi konfrans öz işinə başlayıb.
Konfransın açılışı Azərbaycanın dövlət himni ilə başlayıb və Azərbaycan adı uğrunda mübarizə aparan bütün tarixi şəxsiyyətlər, dövlət xadimləri, Vətənimizin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Daha sonra dünya azərbaycanlılarının həmrəylik himni səsləndirilib.
İlk təbrik nitqini Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev edib. O, xalqımızın azadlıq mübarizəsindən, dövlət müstəqilliyimizin bərpası, dünya azərbaycanlılarının həmrəylik gününün təsis edilməsi tarixindən danışıb, konfransın məqsəd və vəzifələrini açıqlayıb. Bu təsis konfransının gələcəkdə daha böyük formatda keçirilməsi və gənclərin elmi araşdırmalara cəlb edilməsi üçün görülən işlərdən danışıb.
Növbəti çıxışçı Azərbaycan tarixi (təbiət elmləri üzrə) kafedrasının müdiri, dosent Mehman Abdullayev olub. O, tarix elminin qarşısında duran mühüm məsələlərdən, yeni gənc tarixçilərin yetişdirilməsinin vacibliyindən bəhs edib.
Təsis konfransında iştirak edən Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin nümayəndəsi Kənan Cəfərov Komitənin yarandığı gündən qarşısında duran vəzifələrdən, gördüyü işlərdən, dünyanın müxtəlif ölkələrindəki daisporlarımızın fəaliyyətindən, əldə olunan uğurlardan, yaxın gələcəkdə görülməsi vacib olan işlərdən danışıb.
Konfransın Təşkilat Komitəsinin üzvü, Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müəllimi t.f.d. Arzu Məmmədova çıxışında “dünya azərbaycanlıları” anlayışına xüsusi diqqət ayırıb, Azərbaycan tarixi (təbiət elmləri üzrə)” kafedrasının və Dünya azərbaycanlıları elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə baş tutan konfransın əsas məqsədinın ali təhsilin bakalavr, magistratura və doktorantura pillələrində təhsil alan gənclərdə araşdırmaçı keyfiyyətlərini formalaşdırmaq olduğunu qeyd edib.
Açılış mərasimindən sonra konfrans işini bölmələrdə davam etdirib, Azərbaycan mühacirəti, Azərbaycanın ərazisi və əhalisi (XIX-XXI əsrlər), Azərbaycanlılar II dünya müharibəsi illərində mövzularında məruzələr dinlənilib, geniş müzakirələr aparılıb.
Konfrans işini bölmə iclaslarında davam etdirib. Dünya Azərbaycanlılarının həmrəylik günü və azərbaycançılıq ideologiyasına elmi-nəzəri baxış, Dağlıq Qarabağ münaqişəsinin həqiqətləri, qaçqın və məcburi köçkünlər problemi, Azərbaycan diasporu və onun fəaliyyəti mövzularında məruzələr dinlənilib, həmin mövzular ətrafında geniş müzakirələr aparılıb. Ümumilikdə, konfransda 43 məruzə dinlənilib.
Bölmələrarası iclaslarda dəvətli qonaqlar öz məruzələrini təqdim ediblər. AMEA-nın aparıcı elmi işcisi, t.f.d. Leyla Hüseynovanın məruzəsi “Dünya azərbaycanlılarının təşkilatlanması Heydər Əliyevin Azərbaycan tarixi məsələlərinin tərkib hissəsi”, Azməktəb layihəsinin rəhbəri, Trend informasiya agentliyinin İran üzrə eksperti Ümid Niayeşinin məruzəsi isə “İranın müasir tarix dərsliklərində türklər (2012-2016) mövzusuna həsr olunub. Hər iki məruzəçinin çıxışları konfrans iştirakçılarının maragına səbəb olub.

Mətbuat və İnformasiya şöbəsi


BDU-da “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda elmi konfrans
BDU-da “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda elmi konfrans
BDU-da “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda elmi konfrans

Oxşar xəbərlər