Bayramların qovşağında

Bayramların qovşağında Azərbaycan Tibb Universitetində (ATU) 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramına və Yeni İlə həsr olunmuş təntənəli tədbir keçirildi.
Bayram tədbirində açılış nitqi ilə çıxış edən ATU rektoru, professor Gəray Gəraybəyli ATU-nun bütün kollektivini, professor-müəllim heyətini və tələbələri qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə təbrik etdi. Rektor Yen il ərəfəsində qeyd etdiyimiz Həmrəylik gününün dünyada yaşayan bütün soydaşlarımız üçün böyük önəm daşıdığını bildirdi: “1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 31 dekabr tarixi Dünya Azərbaycanlılarının Həmrəylik günü elan edildi.Ümumilli lider Heydər Əliyevin bu addımı milli dirçəlişə, milli əlaqələrin güclənməsinə olan tələbatın artmasına bir cavab idi. Beləliklə, Azərbaycan xalqı üçün 31 dekabr tarixi qoşa bayramın sevinci ilə yadda qalır”.
“Ürəyim arzularla doludur. İlk növbədə sizə uzun ömür, can sağlığı, ailənizdə mehribançılıq, bizim tələbələrimizə isə gələcəkdə böyük nailiyyətlər diləyirəm. Bu gün də bizim tələbələrin əks-sədası dünyanın müasir, tanınan klinikalarından gəlir. Və mən arzu edirəm ki, I, II, III, IV, V kurslarda oxuyan tələbələrin də hamısının səsi yüksəklərdən gəlsin, elmi dərəcələrə sahib olsunlar. Həmişə universitet qarşısında böyük xidmətlər göstərən professor-müəllim heyətini təbrik edirəm. Hamınıza böyük uğurlar arzu layıram”.
Mərasimdə ATU rektorunun təşəbbüsü ilə bir sıra nominasiyalar üzrə təsis olunmuş mükafatlar da təqdim olundu. Professor Abuzər Qazıyev, dosent Tariel İsmayılov və dosent Nəriman Nağıyev göstərdikləri xidmətlərinə, yüksək səviyyəli elmi-pedaqoji və gənc həkim kadrlarının hazırlanmasındakı iştiraklarına görə ATU-nun Fəxri Fərmanına və bir aylıq əmək haqqı məbləğində pul mükafatına layiq görüldülər.
Bundan sonra “Ən yaxşı müəllim” nominasiyası üzrə sorğunun qalibləri ATU-nun məhkəmə təbabəti kafedrasının dosenti Zabit Məmmədov və patoloji fiziologiya kaefdrasını müəllimi dosent Sərdar Əliyev ATU-nun Fəxri Fərmanı və bir aylıq əmək haqqı məbləğində pul mükafatı ilə təltif olundular. Qeyd olunan müəllimlər 9 dekabr 2016-cı il tarixində IV-VI kursların qrup nümayəndələrinin ümumilikdə 90 tələbənin arasında keçirilən sorğunun nəticələrinə görə ən yüksək səs toplayıblar.
Mükafatlar ATU rektoru professor G.Gəraybəyli və Azərbaycan Tibb Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Cahangir Qasımov tərəfindən təqdim edildi.
Digər təltif olunan ATU-nun yataqxanalarının 64 otağı arasında “Ən səliqəli otaq” müsabiqəsinin qalibi oldu. Bu müsabiqədə ən çox səs toplayan 3 saylı qızlar yataqxanasının 87 saylı otağının sakinləri pul mükafatı ilə təltif olundular.
Ən çox maraq doğruan nominasiyalardan biri isə “İlin ən yaxşı tələbəsi” idi. Bu nominasiya üzrə II müalicə-profilaktika fakültəsinin VI kurs tələbəsi Nərgiz Müştafazadə, tibbi-profilaktika fakültəsinin IV kurs tələbəsi Sevinc Abbasova, Hərbi tibb fakültəsinin VI kurs tələbəsi Alxan Alxanlı, stomatologiya fakültəsinin IV kurs tələbəsi Bədrənsə Tanrıverdiyeva, əczaçılıq fakültəsinin III kurs tələbəsi Ayşən Azadova, xarici tələbələr üzrə isə Türkmənistan vətəndaşı II kurs tələbəsi Malik Kurbanov yaxşıların yaxşısı seçildilər.
ATU-nun təsərrüfat işləri sahəsində onun ən yaxşı əməkdaşı seçilən Həsən Həsənquliyev də mükafata layiq görülüb.
Mərasimin bədii hissəsi başa çatdıqdan sonra bayram şənliyi konsert proqramı ilə davam etdi. ATU-nun “Şəfa” xalq çalğı alətləri ansamblı və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tələbələrinin ifası tədbir iştirakçılarına əsl bayram ovqatı bəxş etdi.

ATU-nun Mətbuat Xidməti


Bayramların qovşağındaBayramların qovşağındaBayramların qovşağındaBayramların qovşağındaBayramların qovşağındaBayramların qovşağındaBayramların qovşağındaBayramların qovşağında

Oxşar xəbərlər