Rusiyalı deputatlar AŞPA-nın qış sessiyasında iştirak etməyəcəklər

Rusiyalı deputatlar AŞPA-nın qış sessiyasında iştirak etməyəcəklər "Rusiya Dövlət Dumasının beynəlxalq sahədə fəaliyyət planına Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yanvar sessiyasında iştirak məsələsi daxil edilməyib".

Tehsil-press.az xəbər verir ki, bunu “Spravedlivaya Rossiya” (“Ədalətli Rusiya”) Partiyasının dumadadkı fraksiyasının sədri Sergey Mironov bildirib.
Onun sözlərinə görə, yanvarın 17-də Rusiya nuümayəndə heyətinin AŞPA-nın qış sessiyasına qatılmamaq haqqında prinsipial qərar qəbul edilib: “Bir müddət əvvəl deputatlar assambleyada fəaliyyətlərinə şərait yaradılacağı şərt daxilində sessiyada iştirak etmək niyyətində olduqlarını vurğulamışdı. Ancaq buna təminat olmadı”.
Qeyd edək ki, AŞPA-nın sessiyası yanvarın 23-27-də Strasburqda keçiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər