Əmək pensiyalarının sığorta hissəsi artırıldı

Əmək pensiyalarının sığorta hissəsi artırıldı Azərbaycan Prezidenti İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılır ki, 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2017-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin; fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin. Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Tehsil-press.az

Oxşar xəbərlər