Füzulinin əsərləri dövrünün obyektiv poetik salnaməsidir

Füzulinin əsərləri dövrünün obyektiv poetik salnaməsidir Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində AMEA Alimlər Evinin və Azərbaycan Milli Konservatoriyasının birgə layihəsi çərçivəsində “Füzuli dünyası” mövzusunda lektoriya keçirilib.

Tehsil-press.az xəbər verir ki, Alimlər Evinin direktoru Nuridə Quliyeva ikinci dəfə təşkil olunan lektoriyanın dahi şair Məhəmməd Füzuliyə həsr olunduğunu söyləyib, bu cür tədbirlərin ictimaiyyət üçün əhəmiyyətini qeyd edib.
Azərbaycan Milli Konservatoriyasının prorektoru Lalə Hüseynova dahi şair və mütəfəkkir Füzulini daha yaxşı tanımaq və tanıtdırmaq məqsədi daşıyan lektoriyanın vacibliyini vurğulayıb, proqramda Azərbaycan bəstəkarlarının dahi şairin sözlərinə yazılmış əsərlərinə və muğamlara üstünlük verildiyini söyləyib.
AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli “Füzuli dünyası” mövzusunda məruzə ilə çıxış edib. Akademik dahi şairin zəngin ədəbi-fəlsəfi irsi barədə məlumat verib, onun yaradıcılığının Azərbaycan poeziyası ilə yanaşı, Şərq ədəbiyyatı, eləcə də dünya ədəbiyyatı üçün əhəmiyyətli olduğunu söyləyib.
Qeyd edilib ki, ana dilindən başqa fars və ərəbcə də mükəmməl əsərlər yaradan Füzuli özündən sonrakı türkdilli ədəbiyyatın inkişafına güclü təsir göstərib. Şairlikdə mahirliyi qədər elmdə də peşəkar olan Füzulinin əsas məziyyəti ondan ibarətdir ki, o, yaradıcılığında elm və sənəti üzvi şəkildə qovuşdurmağı bacarıb. Onun əsərləri dövrünün obyektiv poetik salnaməsidir. Dahi şairin çoxcəhətli zəngin yaradıcılığında lirika mühüm yer tutur. “Leyli və Məcnun” Füzuli yaradıcılığının ən yüksək zirvəsidir.
Digər çıxış edənlər dövrünün mütəfəkkir şairi Füzulinin yaradıcılığının hələ əsrlər boyu yaşayacağını və nəsillərə örnək olacağını vurğulayıblar.
Tədbirdə mərhum sənətkar Şovkət Ələkbərovanın səsində “Füzuli” kantatası təqdim edilib, gənc ifaçılar segah və muğamlardan parçalar səsləndiriblər.

Füzulinin əsərləri dövrünün obyektiv poetik salnaməsidirFüzulinin əsərləri dövrünün obyektiv poetik salnaməsidirFüzulinin əsərləri dövrünün obyektiv poetik salnaməsidirFüzulinin əsərləri dövrünün obyektiv poetik salnaməsidir

Tehsil-press.az

Oxşar xəbərlər