Qərar verildi: Bu verilişlər bağlanır - Dəqiq tarix

Qərar verildi: Bu verilişlər bağlanır - Dəqiq tarix Azərbaycan telekanallarında hökm sürən biabırçı vəziyyət tezliklə aradan qalxa bilər. Ölkənin efir məkanı ciddi islahatlar ərəfəsindədir.

Bu barədə ATV-nin məsul əməkdaşlarından biri məlumat verib. Onun sözlərinə görə, cəmiyyətin ən çox narazılıq etdiyi sosial məzmunlu verilişlərin ömrünün başa çatmasına lap az qalıb. O, bu qərarın təkcə təmsil etdiyi telekanala aid olmadığını bildirib. Qeyd edib ki, ATV-də Zaur Bəxşəliyevin “Bizimləsən”, ARB-də Xoşqədəm Hidayətqızının “Səni axtarıram”, Elgiz Əkbərin “Elgizlə izlə”, Xəzər TV-də Lalə Azərtaşın “Təsir dairəsi”, Zaur Kamalın “Həmin Zaur” verilişlərinin bağlanması ilə bağlı artıq yekun qərar verilib.

Məlumatlı şəxs iddia edib ki, teleməkandakı islahatlar gələn aydan başlayacaq. Onun sözlərinə görə, bu sıraya ilk növbədə verilişlərin vaxtının qısaldılması daxildir. Bununla paralel olaraq, mövzu seçiminə, studiyaya qonaqların dəvət edilməsinə də nəzarət olunacaq. Cəmiyyətdə mənfi reputasiyaya sahib olan şəxslər bundan sonra qapı arxasında qalacaqlar.

Mənbə adıçəkilən verilişlərin efirdən tamamilə qaldırılacağı tarixi də açıqlayıb. Bildirib ki, cəmiyyətdə müntəzəm olaraq tənqid hədəfinə çevrilən bu verilişlər sezon sonunda - iyun ayının axırında birdəfəlik efirdən yığışdırılacaq. Sentyabr ayından efir məkanına daha səviyyəli verilişlərin “ayaq açması” gözlənilir.

Qeyd edək ki, özəl telekanalların rəhbərləri bir müddət əvvəl Prezident Administrasiyasına çağırılaraq, sosial yönümlü proqramların məzmunu ilə bağlı onlara ciddi xəbərdarlıq edilmişdi.

Tehsil-press.az

Oxşar xəbərlər