Prokuror İŞİD-in tərkibində döyüşən azərbaycanlıya cəza istədi

Prokuror İŞİD-in tərkibində döyüşən azərbaycanlıya cəza istədi Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD terror təşkilatının tərkibində döyüşməkdə ittiham olunan Ramin Xanmuradovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Tehsil-press.az-n xəbərinə görə, prosesə hakim Novruz Kərimov sədrlik edib. Prosesdə dövlət ittihamçısı çıxış edərək, Ramin Xanmuradovun 14 il azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə prosesi fevralın 22-də davam etdiriləcək. Qeyd edək ki, Ramin Xanmuradov 2013-2015-ci illərdə Suriya və İraqda qanunsuz silahlı birləşmələrin, o cümlədən İŞİD, "Cəbhətül-Nusra” və "Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak etməkdə təqsirləndirilir.

Tehsil-press.az

Oxşar xəbərlər