Tiflisdə minlərlə adam etiraza çıxdı

Tiflisdə minlərlə adam etiraza çıxdı Gürcüstanın paytaxtı Tiflisdə minlərlə adam etiraza çıxıb.

Ölkənin əsas müxalifət kanalı olan "Rustavi 2" hökumətin mediaya, azad sözə basqı göstərdiyini bildirib və buna etiraz olaraq fevralın 18-də fəaliyyətini dayandırıb. Fevralın 19-da isə minlərlə Tiflis sakini kanala dəstək məqsədi ilə, parlamentin önündə aksiya keçirib. Bəzi media orqanları etiraza 10 minə yaxın şəxsin qatıldığını deyir.
Azadliq.org-un xəbərinə görə, "Rustavi 2" kanalının rəhbərliyi iddia edir ki, hökumət iş adamlarından birinin əli ilə bu kanala nəzarəti ələ keçirmək istəyir.
Gürcüstan prezidenti Giorgi Margvelashvilinin sözçüləri isə dəfələrlə bildiriblər ki, dövlət başçısı bütün media orqanlarına və xüsusən də tez-tez basqıya məruz qalan "Rustavi 2" kanalına tam dəstəyini bəyan edib.

Təhsil-press.az

Oxşar xəbərlər