Əsil insanın portreti

Əsil insanın portreti Ədalətli hakim- Sülhməramlı səfir
Xeyirxah insan, ictimai xadim , alim və yazıçı- Ənvər Seyidov


Səhətində yaranmış problemlerlə bağlı Mərkəzi Neftçilər xəstəxasının reanimasiya şöbəsinə yerləşdirilən, Azərbaycan tanınmış ziyalısi, hüquqşünası və təcrübəli hakimi Ənvər Seyidov artıq sağlıb və iş fəaliyyətini davam etdirir. Heftçilər Xəstəxanasından buraxıldıqdan sonra Ənvər müəllimin müalicəsini həkimlər ev şəraitində davam etdiriblər. Bu barədə məlumat verən hakimin oğlu Fərrux Seyidov bildirdi:”Şükür Allaha, ki, atamızın sağlamlq durumu yaxşılaşıb. İlk növbədə Allahın köməkliyi və digər tərəfdən həkimlərin səyləri nəticəsində. Artıq, Ənvər müəllim bir neçə gündür ki, işə də çıxır, hakimlik fəaliyytini davam etdiririr. Atamız xəstələnəndə narahat olan, onunu səhəti ilə maraqlanan bütün yaxşı insanlara təşəkkürümüzü bildiririk, Allah onları qorusun. Bəzi mətbuat orqanlarında, saytlarda atamın səhəti ilə bağlı dəqiqləşdirilməyən məlumatlar yayan müxbirlərə isə məsələhətimiz budur ki, hər hansı məlumatı tam dəqiqləşdirmədən yazmasın. Əsil jurnalist isə bu proseduraı həyata keçirir. “
Əslində isə el arasında böyük hörmət qazanan Ənvər Seyidov kimdir ?
Məlumdur ki, Beynəlxalq Sülh Federasiyası və Dünyada Sülh Naminə Dinlərarası Beynəlxalq Federasiya ilə birgə sülhməramlı səfir təyin edərkən aşağıda qeyd edilən müsbət dəyərləri üstün tutur. Belə ki, onların nizamnaməsinə, qayda və qanunlarına əsasən sülhməramlı səfir elan ediən şəxs ilk növbədə öz həyatını, başqaları üçün yaşamalı, digərlərinə bir örnək olmalıdır. Belə insan özünü mənəvi dəyərlərin, təbliğinə, möhkəm ailə həyatına, dinlərarası əməkdaşlığa , beynəlxalq həmahəngliyə çalışmalıdır. Sülhməramlı səfir statusu almaq istəyən şəxs öz həyatını həmçinin Birləşmiş Milətlərin yeniləşməsinə, məsul kütləvi informasiya vasitələrinin və sülh mədəniyytinin yaradılmasına həsr etməlidir. Bütün bunlarla yanaşı irqi, milli və dini maneələri dəf etməklə yanaşı bütün yaş qruplarında olan insanların ümüdlərini yerinə yetirilməsi üçün öz töhfələrini əsirgəməməlidir. Məhz, Beynəlxalq Sülh Federasiyası və Dünyada Sülh Naminə Dinlərarası Beynəlxalq Federasiya Azərbaycandan sülhməramlı səfir təyin edərkən bütün bu müsbət dəliləri nəzərə alaraq təcrübəli, ədalətli məhkəmə hakimi, hüquq elmləri doktoru, xeyirxah və böyük nüfuza malik olan Ənvər Seyidova üstünlük verilib. Bu nüfuzlu beynəlxalq təşkilatların birgə qərarı fəxrlə sadəliyi və xeyirxahlıı ilə xalq arasında böyük hörmət qazanan Ənvər Seyidovu Sülhməramlı səfir edib və tanınıb. Bu seçimi doğrun da uğurlu hesab edirik. Çünkü Ənvər müəllimi təkcə yaxşı hüquqşünas kimi yox, həm də sadə insanların yaxın dostu, xeyirxah insan kimi də tanıyırlar. Azərbaycanda dövlətçiliyinin inkişafında , qorunmasında Ənvər Seyidovun böyük zəhməti rolu olub. Uşaqlıqdan öz halal zəhməti ilə, çalışan, qarşılaşdığı bütün çətinliklərə sinə gələn Ənvər müəllim qəlbində bəslədiyi arzulara qovuşub. O, həm də el-obadan, xalqımızdan, sirdaşı olduğu insanlar üçün həmişə narahatdır. Çünkü bu insan təkcə özünü fikirləşmir, neçə-neçə insanların taleyini düşünür. Onun həyatda seçdiyi sənətin ən müsbət xüsusiyyətlərindən biri də budur. Unutmayaq ki, məhkəmə sistemi çox mürəkkəb, savad, səbr və dözüm tələb edir. Bəli, hakim məhkəmə zalında qanun çərçivəsində neçə-neçə insanın taleyini həll edir, onun törətdiyi əməlindən asıllı olaraq günahının olub-olmadığın araşdırır.Hətta, hakim mühakimə etdiyi insana qanuna əsasən cəza da verir, yüngülü də olur, ağırı da.Hətta günahı sübut olmayanda məhkəmə zalından azadlığa da buraxır. Hökm elan edərkən hakimin keçirdiyi hisslər, psixoloji durumunu da yaddan çıxartmamalıyıq. Hakimlik fəaliyyəti dövründə ölümlə də üz-üzə gəlib- Ənvər Seyidov. Dəfələrlə ona sui-qəsd edilib, avtomat silahla güllə atıblar, avtomobilinə partlayıcı da qoyublub və yaşadığı mənzilin qarşısına qunbara da atılıb. Amma Ənvər müəllimin özünün dediyi kimi “həmişə qurban olduğum, Allah məni qoruyub, xilas edib. O uca Allah özü mənə qəsd edənlərin cəzasını da verib.” Ənvər müəllim öz inadından dönmədi ədalətlik prinsipləini hər şeydən üstün tutdu və bu sənətin vurğunu oldu. Həyat yoluna nəzər salsaq görərık ki, O, 1949-cu ilin martın 29-da Azərbaycanın qədim və gözəl diyarı olan Oğuz şəhərində anadan olub. Uşaqlıqdan arzusu hüquqşünas olmaq idi. Orta məktəbn əla qiymətlərlə bitirib ali təhsil almaq üçün Bakı şəhərinə gəlib. Əvvəlcə, Bakı Elektrik-Rabitə Texnikumunu bitirib. Bir müddət rabitə sahəsində çalışmaqla yanaşı ali məktəbə daxil olmağa da hazırlaşıb.
1969-cu ildə ulu öndərimiz Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının birinci katibi seçilməsi gənc Ənvər üçün də uğurlu olub. Çünkü Heydər Əliyev ölkə rəhbəri kimi fəaliyyətə başladığı ilk vaxtlardan gənclərə diqqət və qayğı göstərməyə başlayıb. Belə ki, o respublikamızın müxtəlif rayonlarından gəlib, istehsal sahəsində çalışan və ali təhsil almaq arzusunda olan bir qrup gəncə dəstək olub. Onların ali təhsil müəssisələrinə daxil olmaları üçün şərait yaradıb və köməklik göstərib. Həmin gənclərin sırasında gənc Ənvər də olub. O, Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsinə qəbul imtahanlarını müvəfəqiyyətlə verdi və hüquq fakultəsinə daxil olub. Ənvər müəllim hələ tələbəlik illərindən yəni, 1972-ci ildə respublikamızın ədliyyə sistemində əmək fəaliyyətinə başlayıb. O, əvvəlcə Respublika Vətəndaşların Vəziyyət Aktları İdarəsinin (VVAİ) arxiv müdüri kimi çalışıb. Sonra isə, Ənvər Seyidov təhsilini davam etdirməklə yanaşı Respublika Ədliyyə Nazirliyinin Notariat və Vətəndaşların Vəziyyət Aktları (VVAİ) İdarəsində baş məsləhətçisi vəzifəsində işləyib.Ədliyyə sahəsində xeyli iş təcrübəsi toplayıb. Azərbaycan Dövlət Universitetinin (ADU) hüquq fakultəsini müvəfəqiyyətlə bitirdikdən sonra isə Ənvər müəllimi ilk olaraq təyinatla Zaqatala Rayon Məhkəməsinə hakim vəzifəsinə göndərilib. Gənc, lakin artıq ədliyyədə xeyli təcrübə toplayan hakim sovet dönəmində Azərbaycanın dilbər guşalərindən olan, çox millətli Zaqatalada çox məsuliyyətli hakim vəzifəsində işləyib. Bu qanunsevər, ədalətli insan Zaqatalada rayon camaatının böyük hörmətini və izzətini qazanıb. Hal-hazırda da zaqtalalılar Ənvər Seyidovu böyük hörmətlə, xoş duyğu ilə xatırlayırlar. Əmək fəaliyyətini Cəlilabad rayonunda davam etdirən Ənvər müəllim, əvvəlcə rayon məhkəməsinin hakimi və daha sonra isə rayon məhkəməsinin sədri kimi çalışıb. On il Cəlilabad rayonun məhkəmə sistemində işlədikdən sonra Azərbaycan Respublikası Ali Məhəməsinin üzvü seçilən Ənvər Seyidov hakimlik fəaliyyətini bu yüksək instansiyada davam etdirib. O, uzun illər bu məhkəmədə hakim vəzifəsində çalışdı və yenə də xeyli təcrübə töpladı. Məhkəmə sistemində işə başlayan gənc hakimlərə həm müəllim, həm məsləhətçi və örnək də olub- Ənvər müəllim.O, eyni zamanda ictimai içlərdə və təşkilat bacarığı ilə də seçilib. Uzun müddət Respublika Ali Məhkəməsinin Həmkarlar Komitəsinin sədri işləyən Ənvər müəllim elmi fəaliyyətindən kənarda qalmadı və çoxlu sayda hüquq dərsliklərinin müəllifi olub. Belə ki, onun“Azərbaycan Respublikasında beynəlxalq normalaının tətbiqi” (2003), “Konstitusiya və hüququn əsasları” (2008), “Heydər Əliyev və Azərbaycan Konstitusiyası “(2008), “Cinayət prosesində insan hüquqlarının təminatı məsələləri: Beynəlxalq stahdartlar və dövlətdaxili qanunvericilik “(2012) –ci illərdə nəşr edilən dərsliklərdə Respublikamızın müxtəlif ali təhsil ocaqlarında tədris olunur.
Bütün bunlarla yanaşı Ənvər Seyidov ölkəmizin ictimai həyatında da fəal iştirak edib.O, 1994- 1999-cu illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki kommisiyasının üzvü, həm də təftiş qrupunun rəhbəri kimi seçkilərin təşkilində və obyektiv keçirilməsində xüsusi rolu olub. Ənvər müəllim, eyni zamanda 1997-ci ildə Böyük Britaniyada keçirilən seçkilərdə Azərbaycan dövlətinin səlahiyyətli nümayəndəsi kimi iştirak edib. Elə həmin il Ənvər Seyidov Rusiya və Türkiyə dövlətlərinin Ali Məhkəmə sədrlərinin dəvətləri ilə həmin ölkələrdə rəsmi səfərlərdə olub. Həmin ölkələrin məhkəmələrin iş təcrübəsi tanış olub və işguzar görüşlərdə iştirak edib.
Ənvər Seyidov təkcə təcrübəli hakim, gözəl insan , ictimaii xadim deyil, o həm də bacarıqlı yazıçı və publisistdir. Onun ilk bədi əsəri olan “Təlatüm” romanı 2008-ci ildə yazıçı Mir Cəlal Paşayevin 100 illik yübileyi ilə bağlı Milli Kulturoloji Mərkəz tərəfindən keçirilən yedinci Kitab Bayramında xüsusi mukafat qazanıb və “İlin kitabı” elan olunub. Ənvər müəllimin “Təlatüm”, “Gürzə”, “Ünvansız eşq” və “Dələduzlar” romanlarınin senarisi əsasında bədii televiziya filmləri çəkilib. “Tale yolları “, “Həyat duyğuları” əsərlərinin müəllifi olan hüquqşünas- yazıçı hal-hazırda yeni povest və romanlar üzərində də işləyir. Onun müəllifi olduğu 2009-cu ildə ekranlarda nümayiş etdirilən “Gürzə” bədii televiziya filmi, televiziya filmləri arasında 1-ci diploma layiq görülüb. Ənvər Seyidov bu yaradıcılığına görə, “Qızıl Qələm”, “Qızıl Qılınc” və Rəsul Rza adına mukafatlara layiq görülüb. O, həm də 1997-ci ildən Azərbaycan Respublikası Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, “Azərbaycan Teatr Xadimləri İttifaqı”nın və “Əsilzadələr məclisi” nin üzvüdür.
Bu , dəyərli, xeyirxah insan milli dəyərlərimizın, mədəni irsimizin qorunmasında, təbliğində və inkişaf etdirilməsinə də fəall çalışır. O, 2011-ci ildə İsrail dövlətinin 63-cü və Azərbaycan Respublikasının yaranmasının 93-cü ildönümü münasibəti ilə Yəhudi Çəmiyyətlərinin Amerika Birləşmiş Ştatlarının Nyu- York şəhərində təşkl etdiyi tədbirdə Azərbaycan Respublikası Yazıçılar Birliyini təmsil edib. Ənvər Seyidov bu xidmətlərinə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası, türk dövlətlərarası ədəbi fəalliyyətini yüksək dəyərləndirib. Ənvər müəllim akademiyanın həqiqi üzvü (akademik) seçilib və “Qızıl ulduz” medalı ilə təltif edilib. Elm, təhsil, mədəniyyət, ədəbiyyat və incəsənət sahəsindəki böyük xidmətlərinə Birləşmiş Millətlər İctimai Təltiflər Şurasının Beynəlxalq Mukafatlar Komitəsinin “Şərəf və vicdan”, “Mədəniyyət və incəsənət xidmətlərinə görə” ordenləri, Avropa Təbiət Elmləri Akademiyasının “Qızıl qartal”, “Gümüş cənqavər” ordenləri və V.İ. Lenin 100 illik yubileyi ilə əlaqədar “Əməkdə fərqlənmə” medalı təltif edilib. Bütün bunlardan başqa Ənvər Seyidov , hüquq sahəsindəki və məhkəmə orqanlarındakı uzun müddətli fəalliyətinə görə isə çox saylı medallar, mukafatlar, fəxri fərmanlar da alıb.
Ənvər müəllim, Azərbaycan Respublikasının Milli Məclisinin 31 mart 1995-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin təqdimatına əsasən “birinci ixtisas dərcəli” hakimdi. Bu yaxınlarda Birəşmiş Millətlərin İctimaii Təltiflər Şurasının Beynəlxalq Mukafat İttifaqı isə Azərbaycanın təcrübəli hakimi Ənvər Cümşüd oğlu Seyidovu hüquqşünaslıq sahəsində xüsusi xidmətləri ilə əlaqədar olaraq “Bəşəriyyət qarşısında xidmətə görə” ordeni ilə təltif edib.
Bu günlər Azərbaycanın məhkəmələrinin əksəriyyətində çalışan gənc hakimlərin müəllimi, ağsaqqalı və dəyərli məsləhətçisi olan – Ənvər Seyidov rütbəsi ədliyyə polkovnikdir. O, hal- hazırda Bakı Ağır Cinayyətlər Məhkəməsinin hakimi omaqla yanaşı hüquq elmləri doktoru və bu sahədə professorudur. Azərbaycan Pedoqoji Univrsitetinin Elmi Şurasının üzvü olan Ənvər müəllim, həm də gözəl ailə başçısıdır. Oğlu Fərrux atası kimi hüquq sahəsini seçib və Bakı Dövlət Universitetinin hüquq fakultəsinin müəllimidir.
Ənvər müəllimə ilk növbədə can-sağlığı , uzun ömür və çətin sənətində uğurlar arzulayırıq.

Elman Maliyev


Əsil insanın portreti


Oxşar xəbərlər