Azərbaycan Dillər Universitetində (ADU) universitetin İngilis dilinin üslubiyyatı kafedrasının dosenti Vahid Ərəbovun 70 illik yubileyi qeyd olundu.
ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov V. Ərəbovun elmi, pedaqoji və ictimai fəaliyyətini yüksək qiymətləndirərək ömrünün 50 ildən artıq dövrünü ADU-da keçirən yubilyarın fədakar, originallığa meyilli, işinin öhdəsindən layiqincə gələn tədqiqatçı, gözəl insan olduğunu söylədi. Sözlərinin davamında D.Yunusov onun sadəliyi, qayğıkeşliyi və intellekt səviyyəsi ilə həmkarlarının və tələbələrinin sevimlisinə çevrildiyini, elmi çiyinlərində daşımağı özünə mənəvi borc bilən insan olduğunu vurğuladı. D.Yunusov dosenti 70 illiyi münasibətilə universitetin professor-müəllim heyəti və şəxsən öz adından səmimi qəlbdən təbrik etdi, can sağlığı, uzun ömür, bədii yaradıcılıq uğurları və universitetin inkişafı naminə gördüyü bütün işlərində böyük müvəffəqiyyətlər arzu etdi.
Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev 70 illik ömür yoluna sahib olan Vahid Ərəbov haqqında öz fikirlərini bölüşdü, onun dərin elmi-pedaqoji biliklərə və mənəvi keyfiyyətlərə sahib olmasından söz açdı. O, V. Ərəbovun ustad müəllim olmaqla yanaşı, həm də elmi-pedaqoji ictimaiyyətin yüksək dəyər verdiyi məhsuldar alim, zəhmətkeş tədqiqatçı, peşəkar naşir olduğunu bildirdi.
Sonra çıxış edən Müəllim Həmkarlar İttifaqının sədri, dosent Misgər Məmmədov Vahid Ərəbovun yüksək insani keyfiyyətlərə malik olmasından, mənəvi keyfiyyətləri özünün həyat və düşüncə məramı bilərək onun gənclərimizə nümunə olduğunu bildirdi.
İngilis dilinin üslubiyyatı kafedrasının müdiri, professor Sevinc Zeynalova dosentin hərtərəfli inkişaf etmiş alim olmasından, eyni zamanda bu elmi fəaliyyətlə yanaşı gözəl ailə başçısı, yüksək insani keyfiyyətlərə malik insan olduğunu qeyd etdi. Vahid Ərəbovun işgüzarlığı, təvazökarlığı, qayğıkeşliyi nəticəsində təkcə kafedranın deyil, bütün universitet kollektivinin dərin hörmətini qazandığını deyən S.Zeynalova dosentin universitetin ictimai həyatında fəal iştirak etdiyini dedi.
Çıxış edənlər yubilyarı ad günü münasibəti ilə təbrik etdilər, ona uzun ömür, can sağlığı xoşbəxtlik və elmi-pedaqoji fəaliyyətində uğurlar arzuladılar.
Sonda çıxış edən dosent Vahid Ərəbov xoş sözlərə görə hər kəsə təşəkkürünü bildirdi.
Qeyd edək ki, Vahid Ərəbova universitet rəhbərliyi və Müəllim Həmkarlar İttifaqı tərəfindən mükafat da təqdim olundu.
Xatırladaq ki, Vahid Ərəbov (Türksoy) Salman oğlu 1963-cü ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa dilləri fakültəsinin İngilis dili şöbəsinə daxil olub. 1968-ci ildə İnstitutu bitirən V. Ərəbov elə həmin ildən orada müəllim kimi əmək fəaliyyətinə başlayıb. V.Ərəbov müəllimlik fəaliyyəti ilə yanaşı bədii yaradıcılıq və tərcümə sahəsi ilə də müntəzəm məşğul olur. Bir sıra Azərbaycan poeziya nümunələrini, o cümlədən Azərbaycanın Dövlət Himini ingilis dilinə tərcümə edib. 2004-cü ildə “English for All” iki hissəli dərsliyinin, 2006-cı ildə isə “English for All-Oral practice” dərs vəsaitinin həmmüəllifidir. İnqilab Nadirlinin “Nəvələrə ərmağan” tərcümə edib. Bundan savayı özü də poeziya yaradıcılığı ilə məşğul olmaqla bərabər çoxlu sayda şeir, hekayə, povest, roman və dram əsərlərini Azərbaycan dilindən ingilis dilinə və ingilis dilidən isə Azərbaycan dilinə tərcümə edib. Onların arasıda Nobel mükafatı laureatı Tomas Eliotun şeir və dram əsərlərini və Bernard Şou-nun dram əsərlərini Azərbaycan dilinə tərçümə edib.

ADU-nun Mətbuat Xidməti