Azərbaycan və Danimarka hökumətləri arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiyanın imzalanması Beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində növbəti addımdır.
Vergilər Nazirliyinin mətbuat xidmətindən Tehsil-press.az-a verilən məlumata görə, nazirlik son illər ikiqat vergitutmanın aradan qaldırılmasını nəzərdə tutan sazişlər şəbəkəsini əhəmiyyətli dərəcədə genişləndirib.
İkiqat vergitutmanın aradan qaldırılması barədə beynəlxalq sazişlərin imzalanması ölkədə əlverişli investisiya mühitinin yaradılmasına birbaşa təsir göstərməklə yanaşı, həm də vergidən yayınma hallarının qarşısının alınması məqsədilə vergi orqanlarının birbirinə qarşılıqlı yardım göstərməsi üçün əlavə imkanlar yaradır.
Danimarkanın vergilər naziri Karsten Lauritzen sazişin imzalanmasının Azərbaycan və Danimarka arasında mövcud olan düzgün siyasi əlaqələrin, qarşılıqlı münasibətlərin, məhsuldar iqtisadi əlaqələrin daha da inkişafına şərait yaradacağını vurğulayıb: “İkiqat vergitutmanın aradan qaldırılmasının ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyini, eləcə də vergidən yayınmanın qarşısının alınmasına xidmət edəcəyini düşünürük. Bu sənəd hər iki ölkənin şirkətləri və iş adamları üçün geniş imkanlar açacaqdır”.
Azərbaycanın artıq neftdən asılı iqtisadiyyatdan uzaqlaşaraq, postneft dövrünü yaşadığını bildirən danimarkalı nazir ölkəmizin iqtisadi imkanların yüksək qiymətləndirib: “Bu gün Azərbaycan iqtisadiyyatından danışanda yalnız neftlə kifayətlənmirlər, ölkə iqtisadiyyatı kifayət qədər şaxələndirilib və sözün həqiqi mənasında, böyük və hərtərəfli sənaye kompleksi yaradılıb. Bir çox sahələr, xüsusilə kənd təsərrüfatı üzrə Danimarka şirkətləri Azərbaycana böyük maraq göstərirlər. Yəqin ki, yaxın zamanlarda bu sahədə mühüm irəliləyişlər olacaq. Azərbaycan iqtisadiyyatında müqayisəli üstünlüklərin mövcudluğu, qeyri-neft sektorunun rolunun davamlı şəkildə genişlənməsi və istehlakın artması əcnəbi investorların nəzərindən qaçmır. Danimarkanın bir çox böyük şirkətləri Azərbaycana investisiya yatırmağa maraqlıdırlar. Güman edirəm ki, ikiqat vergitutma ilə bağlı sazişin imzalanmasından sonra bu, reallığa çevriləcək”.
Hazırda dünyanın əksər ölkələri ikiqat vergitutmanın beynəlxalq ticarət, kapitalın sərbəst hərəkəti və bazarların inkişafı üçün maneələr yaratdığı qənaətinə gəliblər. Ona görə də dövlətlər ikiqat vergitutma problemini daxili qanunvericiliyin dəyişdirilməsi və beynəlxalq sazişlərin bağlanması yolu ilə həll etməyə çalışırlar.
Son dövrlərin iqtisadi göstəricilərinə əsasən, ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi aşağı səviyyədədir. Bu da müəyyən mənada Azərbaycanda çox az sayda danimarkalı iş adamları və şirkətlərinin olmasından irəli gəlir. Danimarkalı nazir ümid etdiyini bildirib ki, bu saziş imzalandıqdan sonra onların sayı daha da artacaq. Bu isə son nəticədə Danimarka şirkətlərinin Azərbaycan büdcəsinə daha çox vergi ödəyəcəyi deməkdir.