Azərbaycanın beynəlxalq kurort-sanatoriya mərkəzlərindən olan Naftalanda müalicəvi mikroiqlim mühiti yaratmaq üçün son üç ildə şəhərin müxtəlif ərazilərinə 94 min 200 ağac əkilib.
Bu barədə təhsil-press.az-a Naftalan Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Məlumatda bildirilir ki, yalnız Azərbaycan təbiətinə xas olan Eldar şamlarının bu ərazidə əkilməsi Naftalanın quru iqlimi ilə birləşərək insanlara müalicəvi təsir göstərir. Elə bu səbəbdən şəhərdə əsasən iynəyarpaqlıların müxtəlif növlərinə, xüsusən də Eldar şamlarının əkilməsinə üstünlük verilib.
Şəhərin mərkəzi meydanına, parklara, küçə və prospektlərin kənarına, habelə yaşayış massivlərinın ətrafındakı boş sahələrə 22 min 520 ədəd Eldar şamı basdırılıb. Bundan əlavə, həmin ərazilərə 200 sərv, 300 limonlu tuya, 380 liandra, 800 ədəd çinar ağacı da əkilib. Həmçinin ilk dəfə Naftalan şəhərinin dairəvi yolu boyunca 70 min nar tingi basdırılıb.