Fond birjasının rəhbəri: Azərbaycanda səhmlərin ilkin yerləşdirilməsi keçiriləcək

Fond birjasının rəhbəri: Azərbaycanda səhmlərin ilkin yerləşdirilməsi keçiriləcək Yaxın zamanlarda Azərbaycanda birinci dəfə səhmlərin ilkin yerləşdirilməsi (IPO) keçiriləcək.

Tehsil-press.az-n məlumatına görə, bunu Bakı Fond Birjasının (BFB) idarə heyəti sədrinin vəzifələrini icra edən Vüqar Namazov deyib.
Onun sözlərinə görə, bu həm də şirkətlərin özündən asılıdır:
“Onlar IPO-nun keçirilməsinə hazır olmalıdır. Biz onları səhmlərinin ilkin yerləşdirilməsinə məcbur edə bilmərik, bu, bazar prinsiplərinə ziddir”.
BFB-nin rəhbəri qeyd edib ki, bəzi şirkətlərlə müvafiq danışıqlar aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər