İtaliyanın paytaxtı Roma şəhərindəki Kapitoli təpəsində Avropa İttifaqının yaradılmasının 60 illik yubileyi qeyd edilib.
Təhsil-press.az bildirir ki, yubiley mərasimində Avropa İttifaqına üzv olan 27 ölkənin dövlət və hökumət başçıları yekun bəyannamə imzalayıblar.
Böyük Britaniyanın Baş naziri Tereza Meyin qatılmadığı tədbirdə iştirakçılar heç vaxt olmadığı qədər vahid və bölünməz Avropa yaradılması ilə bağlı müzakirələr aparıblar.
Tereza Mey martın 29-dan etibarən “Brexit” prosesinə başlamağı qərara alıb.
Qeyd edək ki, 60 il əvvəl – 1957-ci il martın 25-də 6 ölkənin nümayəndələri məhz Kapitoli təpəsində Avropa İttifaqının varisi olduğu Avropa İqtisadi Birliyinin və Avropa Atom Enerjisi Birliyinin əsasını qoyublar.
Təhsil-press.az