“Belarusu Rusiyadan qoparmaq alınmayacaq”

“Belarusu Rusiyadan qoparmaq alınmayacaq” Rusiyanın Minskdəki səfiri Aleksandr Surikov bildirib ki, Qərbin Belarusu Rusiyadan "qoparma"sı alınmayacaq.

Bunu səfir "Sputnik"ə açıqlamasında Minsk və Avropa İttifaqı münasibətlərinin fəallaşması barədə danışarkən deyib.
"Qərbin Ukrayna, Belarus cinahlarında fəaliyyətinə gəldikdə isə, bunların hamısı Rusiya əleyhinə yönəlib. Və biz başa düşürük ki, növbəti cəhdlər Belarusa yönələcək və bu artıq baş verib. Siz bura müxtəlif nümayəndə heyətlərinin səfirlərinin intensivləşdiyinin şahidi olursunuz. Biz buna alışırıq, lakin anlayırıq ki, bu gün Qərb Belarusu Rusiyadan qopartmaq iqtidarında deyil", - deyə o bildirib.
Onun sözlərinə görə, Belarus "Qərbin ağuşuna atılmağa" hazır deyil.

Tehsil-press.az

Oxşar xəbərlər